“Beynəlxalq sülh günü”
“Beynəlxalq sülh günü” ilə bağlı 21 sentyabr tarixində bütün dünya ölkələrində olduğu kimi republikamızın müxtəlif rayonlarında o cümlədən Şuşa rayon təhsil ocaqlarında tədbirlər keçirilmişdir.
Şuşa Humanitar Kolleci və Xankəndi 4 saylı orta məktəbində keçirilən tədbirlərdə Şuşa Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Bəxtiyar Əliyev və İctimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mahmudov Natiq iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin məsul işçiləri çıxışlarında bütün cəmiyyətlərdə, bütün dövrlərdə sülhün, təhlükəsizliyin və sabitliyin vacibliyini vurğulamış, müasir cəmiyyətdə hüquqi biliklərin, hüquqi maariflənmənin vacibliyini diqqətə çatdırmışlar.”Beynəlxalq sülh günü” ilə bağlı şagird və tələbələri maraqlandıran suallara ətraflı cavab verilmiş, video çarx nümayiş olunmuşdur.