Şriftin ölçüsü :

Saytın rəngi :

Özünüməşğulluq iştirakçılarının satış-sərgisi

18 oktyabr 2019 | 16:00


                                  
                                    
         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   ”Əhalinin özünüməşğulluğunun təmin olunması  sahəsində  əlavə  tədbirlər ” haqqında 07 aprel  2016-cı  il  tarixli  sərəncamı hazırda ölkəmizdə uğurla icra olunur. Özünüməşğulluq əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsinə yönəldilən ən vacib aktiv əmək bazarı proqramıdır. Bununla onlar yoxsulluq vəziyyətindən kiçik biznesə çıxış imkanı qazanırlar. Bu proqram işsizliyin,yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitədir. O cümlədən Şuşa rayon Məşğulluq  mərkəzi tərəfindən mərkəzdə işsiz kimi qeydiyyatda olan,aztəminatlı ailələrin bu proqrama cəlb olunması işləri mütəmadi olaraq davam etdirilir. Onlardan biri də Şuşadan olan məcburi köçkün, şəhid ailəsi Elnarə Abbasovadır. O bu proqram çərçivəsində verilən aktivlərdən yararlanaraq öz işini genişləndirmişdir. Oktyabrın 18-də Özünüməşğulluq Proqramı iştirakçılarının əl işlərinin satış sərgisinə qoşulanlar içərisində Elnarə xanım da var idi. Düzəltdiyi suvenirlərdə,tikdiyi geyimlərdə milliliyi əks etdirməsi sərgiyə gələnlərin böyük rəğbətinə səbəb oldu. Onun bu uğurları dövlətimizin məcburi köçkünlərə,şəhid ailələrinə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.

 

 

 

Keçidlər