Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Humanitar Kollecində “Dini radikalizmlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib

07 noyabr 2019 | 16:00

 

Noyabr ayının 07-də Şuşa ayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Şuşa Humanitar Kollecində “Dini radikalizmlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, RİH-nin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülvi Heydərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Şuşa Rayon Prokurorluğunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Əsgər Bayramzadə, Şuşa rayonunun Axundu Mirabdullah Həsənli, Şuşa Humanitar Kollecinin müəllim və tələbə heyəti iştirak edirdi.

Şuşa rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva gənclərin milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyəsi, onların qeyri-ənənəvi, radikal yönümlü dini təriqətlərin təsirindən qorunması istiqamətində rayon üzrə aparılan maarifləndirmə tədbirlərindən söz açdı. G.Babayeva bildirdi ki, gəncləri Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə hörmət ruhunda tərbiyə etmək və onları düzgün istiqamətləndirmək üçün bu cür maarifləndirici tədbirlərin keçirilməsi vacibdir.

Dini radikalizmlə mübarizədə maarifləndirmə işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyini vurğulayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov ölkəmizdə radikalizmlə mübarizədə təbliğat vasitəsi kimi Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” və “Şəhadət” filmlərinin gənclərə böyük təsir gücündən, milli-mənəvi dəyərlərin təbliğində əvəzsiz vasitə kimi İslamın rolundan danışdı.

Şuşa Rayon Prokurorluğunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Əsgər Bayramzadə “Dini etiqad azadlığı” və “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunları barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

Şuşa rayonunun Axundu Mirabdullah Həsənli radikal dini təriqətin zərərli təsirləri haqqında söhbət açaraq, rayon üzrə dini durumun nəzarətdə saxlanılması, bu sahəyə diqqətin artırılması məqsədilə aparılan tədbirləri diqqətə çatdırdı.

Sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova dinimizə və dövlətçiliyimizə yad olan ideyaların yayılmasının qarşısının alınması məqsədilə Kollecdə aparılan maarfiləndirici tədbirlərdən danışdılar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər