Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrinin Fəxri Xiyabandakı məzarlarının ziyarəti

20 noyabr 2019 | 16:00

Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrinin Fəxri Xiyabandakı məzarlarının ziyarəti

2019-cu il 20 noyabr tarixində Şuşa rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyəti 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mİ-8" hərbi helikopterinin erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində həlak olan Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrinin Fəxri Xiyabandakı məzarlarını ziyarət etmişlər.

1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanlar:

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi;

İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror;

Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;

Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini;

Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;

Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili;

Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;

Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;

İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru;

Vladimir Vladimiroviç Kovalyov - DQMB-nin Daxili İşlər İdarəsinin rəisi;

Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi;

Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı;

Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini;

Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;

Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant;

Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;

Alı Mustafa oğlu Mustafayev – telejurnalist;

Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı;

Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator;

Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri;

Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü;

Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü.

 

Keçidlər