Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq.

26 noyabr 2019 | 16:00

Noyabr ayının 26-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin və Şuşa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində  “Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!” mövzusunda şuşalı gənclərlə növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, rayon ictimaiyyətinin nümayəndələri, məktəb psixoloqları, müəllimlər və gənclər iştirak edirdi.
Şuşa rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva 2019-cu il ərzində gənclərin zərərli vərdişlərin təsirindən qorunması istiqamətində rayon üzrə aparılan maarifləndirici tədbirlər və görülmüş işlər barəsində ətraflı məlumatlar verib. G.Babayeva xüsusi olaraq vurğulayıb ki, zərərli vərdişlərin gənclərə vurduğu yaraların fəsadları çox ağır və sağalmaz olur, nəticədə bütün cəmiyyət əziyyət çəkir, gələcəyimiz üçün təhlükələr yaranır. Bu cür neqativ hallara qarşı cəmiyyət tərəfindən mübarizə aparılmalı, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olunmalı, yeniyetmə və gənclərin sağlam mühitdə böyümələri, təhsil və tərbiyə almaları üçün davamlı olaraq müxtəlif məzmunlu maarifləndirici tədbirlər keçirilməlidir.  
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov yeniyetmələr  arasında  sağlam  həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin  artırılması istiqamətində  dövlətimiz tərəfindən aparılan işlərdən danışıb. A.Sultanov narkomanlığın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vurmasından, insanların həyat və sağlamlığına böyük təhlükə yaratmasından, bununla bağlı birgə mübarizə tədbirlərinin əhəmiyyətini vurğulayıblar.

Şuşa rayon Polis şöbəsinin əməkdaşı Şöhrət Abbasov, Şuşa Mərkəzi rayon Xəstəxanasının həkimi Cəfər Cəfərov, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova narkotikin insan  orqanizminə, sağlamlığa vurduğu zərərlərdən, ümumilikdə cəmiyyətdə törətdiyi  sosial bəlalardan danışmış və şagirdləri  narkomaniyaya  qarşı  mübarizədə  fəal olmağa səsləmişlər.
Tədbirdə “Narkomaniya-ölümə aparan yol” sənədli filmi nümayiş etdirilib.

 

 

 

 

 

 

Keçidlər