Şriftin ölçüsü :

Saytın rəngi :

İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi qeyd edilmişdir

20 dekabr 2019 | 16:00

 


Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olan İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin digər Sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu il ölkəmizdə "Nəsimi İli” elan edilmişdir.
Bu  münasibətlə dekabr ayının 19-da Şuşa  şəhər  1 nömrəli  tam orta  məktəbində Şuşa rayon Təhsil şöbəsinin təşkilatçılığı və rayonun ümumtəhsil məktəblərinin iştirakı ilə “Cahana  sığmayan mütəfəkkir” adlı    tədbiri  keçirilmişdir. Tədbirdə  Şuşa  rayon İcra  Hakimiyyətinin  başçısının  müavini  Vüsalə  Fətəliyeva,  Şuşa  rayon Təhsil  şöbəsinin  müdiri Təvəkkül  Əliyev, idarə  müəssisə  rəhbərləri, şagirdlər, valideynlər  iştirak edirdi.
      Rayonun 1, 3, 6, 9, 10, 12, Malıbəyli kənd 1, Xankəndi şəhər  4 nömrəli və Quşçular  kənd tam orta məktəblərinin  şagirdlərinin  ifasında Nəsiminin  ser  və  qəzəlləri, səhnəciklər, sözlərinə  yazılmış  mahnılar, ”Nəsimi” filmindən parçalar təqdim olunmuşdur.
     EDUQrata  təhsil  mərkəzinin meneceri Rasim  Abbasov tərəfindən   layihə  çərçivəsində  hazırlanmış qələm və  qeyd  kitabçaları hədiyyə  olaraq  şagirdlərə  paylanmışdır. Sonda  Vüsalə  Fətəliyeva və  Təvəkkül  Əliyev  klassik Azərbaycan poeziyasının və fəlsəfəsinin ən mühüm və ilk nümayəndələrindən biri olan İ.Nəsiminin yaradıcılığından və mütəfəkkirin əsərlərinin əhəmiyyətindən söz açmışlar.

 

 

 

 

 

 

Keçidlər