Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlərin işlə təmin olunmasında Əmək Yarmarkaları önəmli vasitədir

27 dekabr 2019 | 16:00

 

Aktiv məşğulluq tədbirlərindən olan Əmək Yarmarkaları işaxtaran və işsiz vətəndaşların layiqli işlə təmin olunması sahəsində xüsusi əhəmiyyət kəsb edən tədbirlərdən biridir. Azərbaycan Respublikasının bütün bölgələrində hər il keçirilən əmək yarmarkalarının işsiz və işaxtaran vətəndaşların işəgötürənlərlə bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanların yaradılması,eyni zamanda işsiz və işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsi baxımından mühüm əhəmiyyəti vardır. Sevindirici haldır ki, artıq məcburi köçkünlərin yeni köçürüldüyü qəsəbələrdə də Əmək Yarmarkalarının keçirilməsi ənənə halını almışdır. Dekabr ayının 24-də Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün təşkil olunmuş növbəti Əmək Yarmarkası da bu qəbildəndir. Şuşa rayon Məşğulluq Mərkəzinin təşəbbüsü,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan bu tədbirdə 344 nəfər məcburi köçkün iştirak etmişdir.32 müəssisədən 227 vakant yer təqdim olunmuş,104 nəfər işaxtaran vətəndaşın müvafiq yerlər üçün CV-ləri götürülmüş, 18 nəfər məcburi köçkünə seçimləri üzrə peşə və bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilmişdir. 18 nəfər özünüməşğulluq proqramına cəlb edilmək məqsədilə təlimatlandırılmışdır. Müraciət edənlərdən bir qisminin seçiminə və əmək bazarının tələblərinə müvafiq olaraq peşə hazırlığına cəlb olunması da nəzərdə tutulmuşdur.

Şuşanın gözəlliklərini əks etdirən tablolar, tədbirə ev sahibliyi edən Şuşa rayon Quşçular kənd musiqi məktəbi şagirdlərinin ifa etdiyi mahnılar tədbirə xüsusi bir rəng qatmışdır.

 

 

 

 

Keçidlər