Şriftin ölçüsü :

Saytın rəngi :

Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilmişdir.

22 sentyabr 2014 | 15:00

Sentyabrın 22-də Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı  çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, respublikanın Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilmişdir.
       Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov, Rayonun məsul işçiləri, şəhər ziyalıları iştirak etmişlər.
Gecədə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri (dirijor - Xalq Artisti Ağaverdi Paşayev) və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri (dirijor - Xalq Artisti Rauf Abdullayev) çıxış etmişlər.
Konsertdə Süleyman Ələsgərovun kanon və xalq çalğı alətləri orkestri üçün “Poema”sı, saz və xalq çalğı alətləri orkestri üçün “Aşıqvari” və tar və xalq çalğı alətləri orkestri üçün 2 nömrəli konserti, dahi Üzeyir Hacıbəyliyə ithaf etdiyi “Eşq olsun sənətkara”, fortepiano və violonçel üçün ikili konserti, “Bayatı-şiraz” simfonik muğamı səsləndirilmişdir

Keçidlər