“2 Fevral - Gənclər Günü” qeyd edilib
2020-ci il yanvar ayının 31-də Şuşa rayon Icra Hakimiyyəti və Şuşa rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrında “2 Fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının humanitar məslələr üzrə müavini Vüsalə Fətəliyeva, rayonun idarə və müəssisə rəhbərləri və gəncləri iştirak edib.
Giriş sözü ilə tədbiri açıq elan edən Şuşa rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışmış, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulamışdır.
Şuşa rayon İcra Hakimiyyəti başçısının humanitar məslələr üzrə müavini Vüsalə Fətəliyeva çıxış edərək “2 Fevral - Gənclər Günü” münasibətilə rayon gənclərini təbrik etmiş, ölkədə gənclərlə bağlı dövlət tərəfindən uğurlu siyasətin həyata keçirildiyini vurğulamışdır. V. Fətəliyeva qeyd etmişdir ki, şuşalı gənclər rayonun sosial-iqtisadi, ictimai-siyasi, mədəni və idman həyatında fəal iştirak edirlər.
Sonra tədbir Şuşa Dövlət Musiqili Dram Teatrınına kollektivi tərəfindən hazırlanmış musiqili proqram ilə davam etmişdir.
Sonda rayonun mədəni-kütləvi tədbirlərinin təşkil olunmasında, rayon Gənclər və İdman idarəsi tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına görə bir qrup gənc fəxri fərman və hədiyyələrlə təltif olunmuşdur.