Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların nəzərinə

24 mart 2020 | 16:00

Vətəndaşların nəzərinə

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Koronavirus(COVİD-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini nəzərə alaraq Respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Şuşa rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ilə bağlı aşağıdakı qaydalar müəyyən olunmuşdur:

1. Yerlərdə səyyar qəbullar müvəqqəti olaraq təxirə salınır.

2. Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron qaydada həyata keçirilir. Fərdi qəbullar müvəqqəti olaraq onlayn qəbulu ilə davam etdirilir. Onlayn rejimdə qəbul növbəlik əsasında, vətəndaşa video zəng edilməklə aparılır.

3. Xahiş edirik ki müraciətlərinizi icra hakimiyyətinin elektron ünvanına (mail@shusha-ih.gov.az) göndərin. Bütün müraciətlər elektron qaydada cavablandırılacaqdır.

4. Vətəndaşlar fasiləsiz olaraq aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

İş-(012-489-95-09) - Sosial-iqtisadi inklişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, başçının müavini Əkbər Hacıyev

İş- (012-496-92-17) - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri, başçının müavini Vüsalə Fətəliyeva

İş- (012-489-95-07) - Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Gülbəniz Babayeva

İş- (012-489-95-06) - Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qalib Kazımov

İş- (012-496-92-38) - Qəbul otağı

Keçidlər