Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon üzrə koronaviris infeksiyası ilə mübarizə davam etdirilir

31 mart 2020 | 16:00

 

Ölkəmizdə koronaviris infeksiyası ilə mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərlə əlaqədar Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 46 ailənin məskunlaşdığı “Abşeron” sanatoriyasında 2 bloklu 6 binada, “Günəşli” nevroloji sanatoriyasında 2 mərtəbəli 1 bloklu 2 binada və istirahət meydançalarında, Bakı şəhəri, N.Nərimanov rayonunda yerləşən Şuşa rayon Maliyyə idarəsində, Binəqədi qəsəbəsində yerləşən Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon şöbəsində, N.Nərimanov rayonunda yerləşən Sumqayıt Regional Mədəniyyət idarəsinin Şuşa rayon nümayəndəliyində – cəmi 3 rayon təşkilatında dezinfeksiya işləri aparılmışdır.

Bakı şəhəri Qaradağ rayonu ”Qobu Park -2“ yaşayış massivində yerləşən 14 nömrəli 2 bloklu 100 mənzilli, 15 nömrəli 2 bloklu 100 mənzilli və 17nömrəli 2 bloklu 100 mənzilli binalarda Şuşa rayon GEM-nin dezinfektorların iştirakı ilə koronavirus (COVİD-19) infeksiyasına qarşı profilaktik dezinfeksiya işləri aparılır və hal–hazırda həmin ərazilərdə işlər davam etdirilir.

Hər gün Sabunçu rayonu, “Ramana-450” qəsəbəsində 7 küçə su maşını ilə yuyulur, profilaktik tədbirlər davam etdirilir.

Sabunçu rayonu “Ramana-450” qəsəbəsində olan küçələrdə Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş 5 mobil qrup tərəfindən koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə insanlarla aparılan maarifləndirmə işləri genişləndirilib. nə çölə çıxan in-sanların sayında azalma müşahidə edilir.

 

 

 

Keçidlər