Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayonu üzrə zəruri tədbirlər görülür

05 aprel 2020 | 16:00

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün Şuşa rayonu üzrə zəruri tədbirlər görülür

Bakı şəhəri, Sabunçu rayonu, “Ramana 450” qəsəbəsindəki 2 binanın 6 blokunda, “Buta” aptekinin içərisində, 1 küçədə, “Milliön” posterminalında, Sabunçu rayonu, Pirşağı qəsəbəsi “Pirşağı” sanatoriyasındakı 3 mərtəbəli binanın 1 blokunda, 3 dəhlizində, “Lokomotiv” düşərgəsindəki 14 fərdi evin girişlərində, 3 küçədə (cəmi 3 binada, 7 blokda, 3 dəhlizdə, 14 evin girişində, 4 küçədə) dezinfeksiya işləri aparılmışdır.

Sabunçu rayonu “Ramana-450” qəsəbəsindəki 7 küçə su maşını ilə yuyulur. İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş 5 mobil qrupların təbliğatı nəticəsində əhali karantin rejiminin tələblərini qorumağa çalışır. Qəsəbə küçələrinə insanların çıxışı minimuma enmişdir. Xüsusi karantin rejiminin tələblərini pozanlar cərimələnir.

 

Keçidlər