Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsi zamanı şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış Şuşa rayonundan olan Məmmədov Pərviz Şakir oğlunun əziz xatirəsi şəhadətə qovuşduğu gün məzarı önündə dərin ehtiramla yad edildi.

29 sentyabr 2022 | 15:06
44 günlük Vətən müharibəsi zamanı şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış Şuşa rayonundan olan Məmmədov Pərviz Şakir oğlunun əziz xatirəsi şəhadətə qovuşduğu gün məzarı önündə dərin ehtiramla yad edildi.
Məmmədov Pərviz Şakir oğlu 25 mart 2001-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon 8 saylı orta məktəbi bitirmişdir.2007-ci ildə Laçın rayonu İsrafil Şahverdiyev adına Ağanus kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 2018-ci ildə Şuşa şəhər 18 nömrəli orta məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ildə hərbi xidmətdə olmuşdur.27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılmışdır. 29 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə Qəhrəmancasına şəhid olmuşdur.Bərdə rayonu Dəymədağlı kənd məzarlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məmmədov Pərviz Şakir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Orta təhsillidir. Subay idi.
Allah rəhmət eləsin!
Keçidlər