Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən rayon sakinləri “Qurban Bayramı” münasibəti ilə təbrik edilmişdir

07 oktyabr 2014 | 15:00

Islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd edilir.
           Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayram ayının  da əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
        Hər il oduğu kimi Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən rayon sakinləri  “Qurban Bayramı” münasibəti ilə  təbrik edilmiş və imkansız ailələrə  qurban payı  paylanmışdır.
      Qurban Bayramınız Mübarək.

Keçidlər