Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlar əsasında videokonfrans keçirilmişdir.
Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri ilə birgə videokonfrans keçirilmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov məsələ ilə əlaqədar müvafiq göstəriş və tövsiyələr vermişdir. Nümayəndələrə tapşırılmışdır ki, əhali arasında və rəhbər işçiləri ilə maarifləndirici söhbətlər aparsınlar.