Şriftin ölçüsü :

Saytın rəngi :

"Vətəndaşların videoqəbulunun təşkili Qaydası” ilə bağlı videokonfrans keçirilmişdir.

15 may 2020 | 16:00

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


13 may 2020, 15:15


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların qəbulu sahəsində operativliyin təmin edilməsi və vətəndaş müraciətlərinə baxılma işində səmərəliliyin artırılması məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və yerli icra hakimiyyəti orqanları videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlər görsünlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2020-ci il.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Vətəndaşların videoqəbulunun təşkili Qaydası” ilə bağlı Şuşa rayon inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videokonfrans keçirmişdir.

 

 

 

 

 

Keçidlər