Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayonun idarə, müəssisə və təşkilat rəhbərləri ilə videokonfransı

18 may 2020 | 16:00

Bugünki videokonfrans iştirakçılarını salamlayıram. Bildiyiniz kimi Laçın rayonunun işğalından 28 il keçir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizə allah rəhmət etsin. 1992 – ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal olunması Azərbaycan dövlətinə qarşı satqınlıq, xəyanət və cinayətdir.

Karantin dövründə Operativ Qərargahın qayda-qanunlarına düzgün riayət etmək tələb olunur. Korona virus pandemiyasına qarşı mübarizə bundan sonra da davam etdirilməlidir.

İnkişaf etmiş ölkələrdə pandemiya qurbanlarının sayının minlərlə olduğu, böhranın çıxılmaz vəziyyət yaratdığı, səhiyyə sisteminin çökdüyü indiki çətin və mürəkkəb dövrdə Azərbaycan bu ağır sınaqdan uğurla çıxmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində ötən dövrdə bütün istiqamətlərdə yaradılmış güclü iqtisadi potensial, xüsusilə müasir səhiyyə sistemi, peşəkar tibbi personal, eyni zamanda dövlət başçısının qəbul etdiyi operativ qərarlar və “Biz birlikdə güclüyük!” devizi ilə yaranan güclü milli həmrəylik hərəkatı respublikaya bu qlobal böhrandan uğurla çıxmağa imkan verir. Pandemiya dövründə də “Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır”, – deyən dövlət başçısının güclü sosial siyasəti ilə əhalinin sağlamlığının qorunması üçün kompleks tədbirlərlə yanaşı, çevik və genişmiqyaslı sosial dəstək proqramları hazırlanaraq həyata keçirilir.

Bu çətin dövrdə tənha, çətin şəraitdə imkanları çox məhdud olan ailələrə kömək olan hər kəsə təşəkkür edirəm. Xeyirxahlıq və mərhəmət göstərənlər haqqında məlumatım var. İmkan daxilində edilmiş köməkliklər nəzərdə saxlanılır.

Bugünki videokonfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərin, sosial-iqtisadi inkişaf və həyata keçirilən layihələr haqqında məlumatların dolğun şəkildə əhaliyə çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən hazırlanmış tezislərin Sizə çatdırılması və Dövlət qulluğunda işləyən hər bir məsul şəxsin bu analitik materiallarla,tövsiyyələrlə dərindən tanış olması və gündəlik fəaliyyətində öz vəzifələrini müəyyən etməsidir.

Yəqin ki, göndərilmiş tezislərlə tanışsınız.Aydındır ki,cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan,rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir.Məmurların dünyanı bürüyən COVİD -19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər edilmişdir.Bu məsələlərlə bağlı tezislərin hər bir müddəası müzakirə olunmalı,müəyyən nəticələr çıxarılmalıdır.Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatları dövründə daha da məsuliyyətli olmağı sizə tapşırıram. Dövlətin mənafeyinə ciddi zərbə vuranlar öz cəzaların almalıdırlar.

Bilirsiniz ki,Azərbaycan 2011–ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur.Hərəkata üzv ölkələrin 2016- cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022- ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2020 –ci il may ayının 4 –də Qoşulmama Hərəkatının Koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupununun videokonfrans vasitəsilə zirvə görüşü keçirilmişdir.Yəqin ki. Keçirilmiş zirvə görüşünün tezisləri Sizə göndərilmişdir.Hər bir Dövlət qulluqçusu bilməlidir ki, dünya birliyinin məsuliyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus

təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Tezisdə göstərilmiş müddəalarla əhalini tanış etmək pandemiyanın fəsadlarına qarşı aparılan mübarizədə qaydalara riayət etmək, koronavirus təhlükəsindən qorunması ilə əlaqədar əhali arasında maarifləndirici tədbirlər görmək hamımızın həm də vətəndaşlıq borcumuz olmalıdır.

Siz də bilirsiniz ki, aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir.Dövlət Başçısı Azərbaycan Respublikasının Baş Prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış ,tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir. 8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi,həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 may 2020 –ci ildə fərman imzalayaraq videoqəbulların təşkili Qaydasını təsdiq edib. Vətəndaşların qəbulu sahəsində operativliyin təmin edilməsi və vətəndaş müraciətlərinə baxılma

işində səmərəliliyin artırılması məqsədilə yeni qaydalara əsasən qəbul müvafiq cədvəl və administrasiyanın qəbul otağının gündəlik iş rejimi əsasında təmin ediləcək.Administarsiyanın qəbul otağının əməkdaşları bütün iş günlərində vətəndaşların videoqəbulunu keçirəcəklər. Videoqəbullar müəyyən edilmiş günlərdə və saatlarda yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbulu otaqları vasitəsi ilə həyata keçiriləcək. Fərmanda nəzərdə tutulan müddəalarla tanış olmaq, videoqəbulların keçirilməsi qaydalarını müraciət edənlərə başa salmaq sizə tapşırılır.

1.Tezislər və onların nəticələri rəhbərlik etdiyiniz müəssisə və təşkilatlarda onlayn müşavirələrlə müzakirə edilməlidir.Bu mövzularla əlaqədar respublika mətbuatında, “Şuşa” qəzetində daha yaxşı məqalələrlə çıxış etməyiniz tələb olunur.

2.Video-qəbullarla əlaqədar əhalinin məlumatlandırılması işinin təşkilini ərazi icra nümayəndələri nəzarətdə saxlamalıdırlar və bu məsələyə çox böyük həssaslıqla yanaşılmalıdır.

3.Respublikada “Könüllü Donor” aksiyası başlamışdır. Respublikanın bütün rayon və şəhərlərində bu aksiya 8 aprel tarixindən keçirilir.Bizim rayona ayrılan vaxt 21 maydır. Sabah qan vermək istəyən könüllülər haqqında məlumatı Şuşa Rayon İcra Hakimiyyətinə və ya Şuşa Rayon Poliklinikasına verin.

4.Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi öz fəaliyyətini davam etdirir.Gənclər və idman idarəsi könüllülərin fəaliyyətinin yenidən artırılması üçün Şuşa Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq etməlidir. Bu məsələ bir həftəyə tənzimlənməlidir.

 

 

 

 

Keçidlər