Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru
Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə vurğulayan cənab Prezident bir daha dedi: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.
Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı.
Belə ki, əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.
Şuşa rayon Məşğulluq Mərkəzi “Koronavirus (COVID-19) pandemiyası dövründə
Dövlətimizin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə vaxtında və təxirəsalınmaz şəkildə həyata keçirdiyi tədbirlər bu gün bütün dünyada nümunə kimi qəbul olunur. Bu tədbirlər içərisində işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsi əhatə edən birdəfəlik ödəmə proqramı mühüm əhəmiyyət kəsb edir. O cümlədən rayon əhalisinin bu proqramdan yararlanması məqsədi ilə aprel ayı ərzində Şuşa rayon Məşğulluq Mərkəzi tərəfindən 3151 nəfərə qanunamüvafiq şəkildə işsiz statusu verilmişdir. Birdəfəlik ödəmənin verilməsi onlardan “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin həyata keçirilməsi şərtləri və qaydası”na dair təlimata uyğun olanlara şamil olunmuşdur.
Rayon üzrə 15 nəfər aztəminatlı vətəndaş ayrılmış kvotaya uyğun olaraq Şuşa rayon İcra Hakimiyyəti və “Dost İş” MMC-nin birgə təşkilatçılığı ilə Şuşa rayon Kommunal Müəssisələr Kombinatında təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə ictimai işlərə cəlb edilmişdir.Tədbirlər planının məntiqi davamı olaraq mərkəzdə işsizlikdən sığorta ödənişi 01 aprel 2020-ci il tarixdə başa çatmış 1 nəfər işsiz vətəndaşın ödənişi xüsusi karantin rejimi başa çatanadək uzadılmışdır.
Məşğulluq Mərkəzində əhalinin sosial problemləri ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli,178 nömrəli qərarının 1.5-ci bəndinə uyğun olaraq vətəndaş qəbulu 31 may 2020-ci il tarixə qədər dayandırıldığı üçün vətəndaşların qəbulu telefon və onlayn qaydada həyata keçirilir, pandemiyanın tələbləri çərçivəsində müvafiq köməkliklər göstərilir.