Şriftin ölçüsü :

Saytın rəngi :

17 oktyabr 2014 - cü il tarixində Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Yanında Şura iclası keçirilmişdir.

17 oktyabr 2014 | 15:00

17 oktyabr 2014 - cü il tarixində Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Yanında Şura iclası keçirilmişdir.

İclasa Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab B. Səfərov sədrlik edirdi.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədirliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası və Şuşa Rayon İcra Hakimiyyətinin vəzifələri haqqında” məruzə etmişdir.

Məsələ ətrafında Şuşa rayonu üzrə Maliyyə Şöbəsinin rəisi Böyükağa Əhmədov, Şuşa rayon Gənclər və idman idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Sona Cəfərova, Rayon İcra Hakimiyyəti başçısının Göytala kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Quliyev çıxış etmişlər

Müzakirə olunan hər məsələ barədə qərar qəbul edilmişdir.

Keçidlər