Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

01 iyun 2020 | 16:00

 

1 iyun – Uşaqların Beynəlxalq Müdafisəi Günü kimi bütün dünyada qeyd edilir. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün ölkə Prezidenti cənab ilham Əliyev tərəfindən mühüm sərəncamlar verilir. Heydər Əliyev Fondu tərəfindən məktəblərin, uşaq evləri və bağçalarının inşası, onların yenidən müasir tələblərə uyğun şəkildə qurulması sahəsində mühüm işlər görülür. Bu baxımdan, ölkənin Birinici vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən layihə və proqramlar xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizdə uşaqlara diqqət və qayğının artırılmasına, onların problemlərinin həll edilməsinə yönəldiyindən olduqca əhəmiyyətlidir.

Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi, onların təhs

ili və hüquqlarının qorunması istiqamətində aparılan işlər həmişə Şuşa rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

Şuşa Şəhər İncəsənət məktəbinin “Təbəssüm” rəqs qrupu Beynəlxalq rəqs müsabiqələrində dəfələrlə iştirak etmiş və 1-ci yerə layiq görülərək qızıl medal ilə təltif olunmuşdur. Türkiyədə keçirilən 21-ci “Cocuq festivalı”nda “Təbəssüm” rəqs qrupu fəal iştirak etmiş və Türkiyənin Prezident sarayında konsert proqramı ilə çıxışlar etmişlər. Şuşa Dövlət Rəsm Qalereyasında və Şuşa Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqların əl işlərindən ibarət sərgilər təşkil edilir.

«1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü» münasibəti ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sağlamlıq imkanları məhdud və ümumtəhsil məktəblərində təhsil uğurları olan aztəminatlı ailələrin uşaqlarını təbrik etmiş və onlara İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən hədiyyələr təqdim edilmişdir.

 

 

 

Keçidlər