Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya dövründə nümunəvi dövlət siyasəti

11 iyun 2020 | 16:00

Dünyada tüğyan edən koronavirus pandemiyası bütün dünya dövlətlərini çətin sınaq qarşısında qoydu.İnkişaf etmiş ölkələrin böyük əksəriyyəti çıxılmaz vəziyyətdə qalaraq virusa yoluxanların sayının azaldılması , insan ölümlərinin qarşısının alınmasında acizlik nümayiş etdirdilər.Ölkəmiz dünyada geniş yayılmış pandemiya fonunda qətiyyət nümayiş etdirərək profilaktik tədbirlər görür, insanlarımızın sağlamlığının qorunması üçün bütün lazımi işləri görməklə bu bəlanın qarşısını almaqda uğurlu addımlar atır.Əlbəttə bütün bu tədbirlər ölkə başçımız cənab İlham Əliyevin vaxtında qəbul etdiyi uzagörən qərarlar hesabına həyata keçirilir və pandemiya ilə mübarizədə nümunəvi dövlət kimi inkişaf etmiş ölkələrAzərbaycan təcrübəsindən yararlanırlar.

İndiyə kimi ölkəmizdə koronavirusun nəzarət altında saxlanılması mümkün olmuş, onun geniş yayılmasının qarşısı alınmışdı. Aprel ayının sonlarından etibarən pandemiyanın nisbətən səngidiyi nəzərə alınaraq mayın 4-dən sonra xüsusi karantin rejiminin yumşaldılması və tətbiq edilən məhdudiyyətlərin xeyli hissəsinin aradan qaldırılması ilə bağlı qərar qəbul edilmişdi. Bu qərar qəbul edilərkən vətəndaşlarımızın pandemiyanın yayılmasının qarşısının alınması üçün müvafiq tövsiyələrə riayət edəcəkləri, xüsusilə də, ictimai yerlərdə, metro və avtobuslarda, insanların çox toplandığı yığıncaqlarda maska taxacaqları əsas götürülmüşdü. Çox təəssüf ki, hələ də, bir çox vətəndaşlarımız pandemiyaya laqeyd yanaşır, onun insanların sağlamlığına, həyat fəaliyyətinə, ölkə iqtisadiyyatına vürduğu ziyana və qarşısı alınmasa vura biləcəyi mənfi təsirləri nəzərə almırlar. Yaranmış mövcud vəziyyət pandemiyanın geniş yayılmasının qarşısının alınması, onun təmamilə yox edilməsi məqsədi ilə karantin rejiminin sərtləşdirilməsini tələb etdi.

Virusun yayılmağa başladığı dövrdən dövlət başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görülməkdədir. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli xəstəxanaların tikintisi xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır.

Pandemiya ilə mübarizədə insanlarımız dövlətimiz tərəfindən müəyyən olunmuş karantin rejiminin qaydalarına əməl etmələri bu çətin sınaqdan az itki ilə çıxmağımıza köməklik edəcəkdir.

Şuşa Rayon İcra Hakimiyyətinin ictimai – siyasi və humanitar məsələlər

şöbəsinin baş məsləhətçisi:  Natiq Mahmudov

Keçidlər