Şriftin ölçüsü :

Saytın rəngi :

Önləyici tədbirlər alınır və koronavirusla mübarizənin bazası güclənir.

11 iyun 2020 | 16:00

Önləyici tədbirlər alınır və koronavirusla mübarizənin bazası güclənir.

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, əhalini bu xəstəlikdən qorumaq üçün , onların həyatını xilas etmək üçün ən çətin vəziyyətə hazırdır.

Prezident İlham Əliyev bildirib ki, hazırda 20-dən çox laboratoriyalar müayinə üçün fəaliyyətdədir, xəstəxanalarda lazımi şəraitlər yaradılıb, karantin şəraitində olan vətəndaşlar üçün uyğunlaşdırılmış yerlər nəzərdə tutulur.

Əhali arasında itkilər olsa da ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət yaxşıdır. Bu onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Pandemiyayla mübarizədə həkimlər ön xəttədir və tibbi personal dövlətin qayğısını hər zaman hiss edir, ən çətin günlərdə vətəndaşların sağlamlığı üçün çalışqan həkimlərin fəaliyyəti ,fədakarlığını Dövlətin Başçısı yüksək qiymətləndirir.

Prezident İlham Əliyev bildirib ki, həyatlarını risk altına atan həkimlərin peşəkarlığı, fədakarlığı sayəsində ölüm səviyyəsi aşağıdır. Özümüzü qoruyaq, ətrafımızdakıları xilas edək.Hamımız birlikdə güclüyük.

Keçidlər