Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rayonun idarə, müəssisə, təşkilat və inzibati ərazi dairəsi üzrə nümayəndə rəhbərləri ilə video-konfrans keçirmişdir.

12 iyun 2020 | 16:00

Şuşa Rayon icra Hakimiyyətinin başçısı Bayram Səfərov video-konfransda 15 iyun Milli Qurtuluş günü münasibəti ilə iştirakçıları təbrik etdi. Başçı qeyd etdi ki, Ümumilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etmək üçün gəlməyi böyük siyası əhəmiyyətə malik idi. Həmin dövr Azərbaycan üçün qarışıq və çətin bir dövr idi. Azərbaycanın parçalanmaq qorxusu, əhalinin yaşayış səviyyəsinin pisləşməsi, torpaqların Ermənistanın təcavüzünə məruz qalması  tarixin ən narahat zamanı idi. Ulu Öndərin gəlişi ilə vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial - iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin- amanlıq, sabitlik yarandı. Xalqımızın bütövlüyü, həmrəliyi milli birliyi təmin edildi. Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Müstəqi Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir ! Şuşa rayon bütün müəssisə və təşkilatlarının rəhbərlərini, kollektivlərini və əhalimizi bu bayram münasibəti ilə təbrik edirəm! Milli Qurtuluş gününüz mübarək!

Konfransda rayona aid məsələlər müzakirə edilmişdir.

Xüsusi karantin rejiminin sərtəşdirilməsi məqsədi ilə əhali arasında maarifləndirmə işləri güclənməli ilə bağlı xüsusi göstərişlər verilmişdir.

Prezident İlham Əliyevin 9 iyun tarixində 3 modul tipli xəstaxananın açılışındakı nitqində bir daha əhalini məsuliyyətli olmağa çağırmışdır. Özümüzü, ətrafdakıları qorumaqla millətimizi və əhalimizi qorumuş oluruq.

Təhsil müəssisələrində onlayn sistemi ilə dərs yekunlaşır. Ərazi icra nümayəndələri uşaqların təhsildən yayınmaması üçün köməklik göstərməsi, məktəb rəhbərləri və müəllimlər bu məsələyə daha ciddi yanaşamaları tapşırılmışdır.

Dərs ilinin yekunu ilə bağlı konfransda ümumtəhsil məktəblərini, musiqi məktəblərini, Şuşa humanitar kollecini bitirən bütün şagird və tələbələrə bütün məzunlara, müəllim və valideynlərə təbriklər və uğurlar arzulanmışdır.

Kənd təsərrüfatı ilə əlaqədar mövsümi işlər barədə tapşırıqlar verilmişdir.

Prezident Administrasiyasından icra hakimiyyətinə gələn tezislər Şuşa rayon İcra Hakimiyyətinin saytlarına yerləşdirilir. Tezislər ətrafında əhalinin, kollektivlərinizin məlumatlandırılması rəhbər işçilərin öhdəsinə düşür. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işləri, səfərləri, məcburi köçkünlərə sosial və evlə təminatları ilə əlaqədar görülən işlər barədə fikirlər, təşəkkurlər icra hakimiyyətinin ictimai - siyasi şöbəsinə göndərilməklə, Şuşa rayon İcra Hakimiyyətinin saytına yerləşdirilir.

17 iyun həkimlərin peşə bayramıdır. Azərbaycanın bütün həkimlərinə təbriklər deyilib. Pandemiya ilə mübarizədə misilsiz fədakarlıqlarına görə onlara böyük təşəkkürlər səsləndirilib. Şuşa rayonunun həkimlərinə təbriklər səslənilib.

Hər il bayramlarımız təntənə ilə qeyd olunub deyə başçı bildirib. Operativ Qərarğahın qaydalarına riayət etməli, heç bir tədbir keçirilməmək tapşırıqlar vermişdir.

Yekunda, Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qorxulu virusdan qorunmaq üçün bütün qaydalara riayət etməyi tövsiyə edib.  

 

Keçidlər