Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü.

16 iyun 2020 | 16:00

Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı olmuşdur. Azərbaycançılıq onun qanında, ruhunda, mayasında idi. Hələ dövlət təhlükəsizlik sistemində çalışarkən bu mühüm dövlət strukturunda azərbaycanlı kadrların azlığı onu ciddi narahat edirdi. Respublika Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edərkən Heydər Əliyev bu “boşluğu” bacarıqla doldurdu. Hələ Sovet dönəmində Azərbycanın bir respublika olaraq dünyaya tanıdılması da məhz ulu öndərin adı ilə sıx bağlıdır. Azərbaycana rəhbərliyinin hələ birinci mərhələsində bu qüdrətli və müdrik dövlət xadimi idarəetmədə on illər sonrakı mənzərəni görür, qiymətləndirir və çox böyük uzaqgörənliklə planlar qururdu. O illərdə Azərbaycan çox sürətlə inkişaf edib geri qalmış aqrar bir əyalətdən ölkənin ən qabaqcıl, böyük sənaye potensialına malik respublikasına çevrildi. Qartal baxışları həmişə əngin səmaları gəzən, hər zaman uzaqlara baxan Heydər Əliyev məhz o illərdə Azərbaycanın müstəqillik qayğıları barədə düşünür, hər şeydən öncə milli kadrlar hazırlanmasına böyük önəm verirdi. Ulu öndərin təşəbbüsü ilə Moskvanın, Leninqradın, Kiyevin və ölkənin digər şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa hər il Azərbaycandan çox sayda gənclər göndərilirdi. Müstəqil Azərbaycan dövlətinin malik olduğu indiki güclü kadr potensialı müdrik dövlət xadiminin uzaqgörən siyasətinin məntiqi nəticəsidir.
Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Heydər Əliyev deyirdi: “İndi… bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”. Azərbaycan xalqının hələ neçə–neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” prinsipi ilə çalışan Heydər Əliyev ölkədə geniş iqtisadi islahatlara cəsarətlə start verdi. Torpaq islahatı uğurla həyata keçirildi. Ulu öndər siyasi uzaqgörənliklə dünyanın məşhur şirkətlərinin marağını Azərbaycana yönəldə bildi. Ölkə iqtisadiyyatına, xüsusilə neft sənayesinə yatırılan milyardlarla ABŞ dolları ilə hesablanan beynəlxalq sərmayələrin inkişafı təmin edən nəticələri özünü çox gözlətmədi. Neft hasilatının sürətlə artırılması ölkə iqtisadiyyatının yüksəlişinə etibarlı bünövrə oldu. Artan iqtisadi güc Bakı ilə yanaşı regionların sosial–iqtisadi inkişafına stimul verdi. Müəllifi Heydər Əliyevin olduğu uğurlu iqtisadi stategiya bu gün paytaxtımızın istənilən qonağına heyrət doğuran Bakıda və bölgələrdə uğurla reallaşan nəhəng infrastruktur layihələrində, yeni açılan yüz minlərlə iş yerində və s. nailliyyətlərdə özünü aydın şəkildə göstərir. Əhalinin həyat şəraitinin ildən–ilə yaxşılaşdırılması, əmək haqqı, pensiya və müavinətlərin davamlı şəkildə artırılması məhz Heydər Əliyev siyasi kursunun və bu kursun müasir dövrün tələblərinə uyğun bir yaradıcılıqla Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.

Heydər Əliyevin hakimiyyətə gəlişini şərtləndirən səbəblər:

Heydər Əliyevin hakimiyyətə qayıtmasından əvvəl ölkədəki vəziyyət:

1993-cü il 15 iyuna qədər ölkədəki kriminagen vəziyyət son həddə çatmışdı. Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi.

Cənubda separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdı.

Məişət səviyyəsində kriminagen vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi.

Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.

Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin önünü tıxayırdı.

AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdı.

Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi.

AXC rəhbərliyinin o illərdə Azərbaycanın siyasi reallıqlarını diqqətə almadan Çini narahat edən bəyanatlar verməsi xarici siyasətdə ölkənin problemlərlə qarşılaşmasına səbəb olmuşdur.

Bütün bunlara əlavə olaraq erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı.

Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü.

Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü.

Daxili siyasətdə:

· Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi;

· Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı;

· Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı;

· İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi;

· İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi;

· Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı;

· Ordu quruculuğunda mühüm addımlar atıldı.

Enerji sahəsində:

· “Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar;

· Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı;

· Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi.

Xarici siyasətdə:

· İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu;

· Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.

Keçidlər