12 noyabr- Konstitusiya Günü qeyd edilmişdir
12 noyabr- Konstitusiya Günü qeyd edilmişdir
12 noyabr 2014-cü il tarixdə Konstitusiya Günü münasibəti ilə Şuşa Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixindən, ümummilli liderin Azərbaycan xalqına və dövlətçiliyinə göstərdiyi xüsusi xidmətlərdən danışaraq demişdir: “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmış, 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.”
Daha sonra çıxış edənlər Konstitusiyada dövlətimiz tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, əhalinin sosial təminatına xüsusi diqqət verildiyini, hər kəsin azad yaşamasının təmin edildiyini vurğuladılar.