Şriftin ölçüsü :

Saytın rəngi :

17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür

17 iyun 2020 | 16:00

Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Azərbaycan səhiyyəsinə göstərilən bu diqqət və qayğı içərisində tibb işçiləri peşə bayramlarını qeyd edirlər.İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Çünki bu peşənin daşıyıcılarına hər birimiz üçün əziz olan sağlamlığımızı etibar edirik.

Həkimlik olduqca vacib və böyük məsuliyyət tələb edən əvəzolunmaz bir peşədir. Həkim - həyat, uzun ömür və sağlamlıq deməkdir. İnsanların səhhətini qorumaq, uzun və sağlam ömür bəxş etmək, onların ağrı- acısız yaşamaqlarına səbəb olmaq kimi müqəddəs və şərəfli vəzifələr məhz fədakar tibb işçilərinin çiyinlərinə düşür .Onların bu öhdəliklərini layiqincə yerinə yetirmələrinin açıq- aşkar sübutu , son zamanlar dünyanı sükuta qərq edən pandemiya, Covid- 19 virusu ilə yorulmadan, fasiləsiz mübarizə aparmaları,insan həyatının həqiqətən nə qədər dəyərli olduğunu nümayiş etdirmələridir.

Dünyanın bütün ölkələrində koronavirusla mübarizənin ön cəbhəsində həkimlər, tibb bacıları və digər tibb işçiləridir. Virusa yoluxanların çoxu ilk növbədə onların səyləri nəticəsində yaxşılaşdılar və hətta tam sağaldılar. Dünyada Covid 19 pandemiyasının höküm sürdüyü bir zamanda Azərbaycan həkimlərinin də fədakarlığı və öz peşələrini yüksək səviyyədə yerinə yetirmələri alqışlarla qarşılanır. Bu gün öz evindən , ailəsindən uzaq düşən həkimlər pandemiyaya yoluxanların sağalmaları üçün ,onların yenidən həyata qaytarılması naminə əllərindən gələni edirlər.

Bizlər çəkinmədən Hippokrat andına sadiq qalan qorxmaz ve cəsarətli həkimlərin qarşısında baş əyir, onların hər birini səmimi qəlbdən təbrik edirik! Bütün Tibb İşçilərinin Peşə Bayramı mübarək, fəaliyyətləri uğurlu olsun !

Keçidlər