Şriftin ölçüsü :

Saytın rəngi :

İdarə müəssisə və təşkilat rəhbərlərinə, inzibati ərazi dairəsi üzrə nümayəndələrə və əhalinin nəzərinə.

18 iyun 2020 | 16:00

İdarə müəssisə və təşkilat rəhbərlərinə, inzibati ərazi dairəsi üzrə nümayəndələrə və əhalinin nəzərinə.

Koronavirus infeksiyasının (COVİD-19) Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın yerlərdə tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarının mərhələli şəkildə yumuşaldılma tədbirlərindən sonra vətəndaşların böyük bir hissəsinin müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etməməsi səbəbindən ölkə üzrə bu infeksiyaya yoluxanların sayı kəskin artmışdır.

Bununla əlaqədar, yaradılmış mobil qruplar tərəfindən Polis orqanlarının nümayəndələri ilə birgə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar və s.), ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqi aparılmalı, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməlidir.

Əhali arasında dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsinin qadağan olunması, ictimai yerlərdə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadənin vacibliyi barədə geniş təbliğat-izahat işləri davam etdirilməlidir.

Keçidlər