Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun – Dövlət qulluqçularının peşə bayramı günüdür.

22 iyun 2020 | 16:00

Bu il ölkəmizdə 14-cü dəfə dövlət qulluqçularının peşə bayramı qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” 2006-cı il 25 may tarixli sərəncam imzalamış və həmin il iyunun 23-də ilk dəfə ölkəmizdə dövlət qulluqçularının peşə bayramı dövlət səviyyəsində keçirilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev öz gündəlik fəaliyyətində dövlət qulluğunun mükəmməl nümunəsini nümayiş etdirir və hər bir məmurdan, hər bir dövlət qulluğçusundan da bunu qətiyyətlə tələb edir. Əlbəttə, bu gün dövlət hakimiyyəti orqanlarında çalışmaq, dövlət qulluğu vəzifəsi tutmaq çox böyük şərəf olmaqla bərabər, həm də çox ciddi məsuliyyət və cavabdehlik deməkdir. Dövlətimizin inkişaf etdiyi bir dövrdə ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri icra etmək səviyyəsində olmaq üçün dövlət qulluqçusu daim öz üzərində çalışmalı, andına sadiq olmalı, fəaliyyətində qanunçuluğu, qanunun aliliyini rəhbər tutmalı, özünün peşəkarlıq səviyyəsini və səriştəsini artırmalıdır.

Hər bir dövlət qulluqçusu öz vəzifəsini səmərəli şəkildə yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirilməli, dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. O, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

Peşə bayramınız mübarək, əziz dövlət qulluqçuları!

Keçidlər