Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır.

28 iyun 2020 | 16:00

Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır.

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə 25 iyul tarixdə Prezident İlham Əliyev Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin açılışında iştirak etmişdir. Azərbaycan dövlətinin siyasətində ordu quruculuğu prioritet məsələdir. Ölkəmiz müharibə şəraitində yaşasa da, ordu quruculuğu məsələləri dünyanın bir sıra ölkələri ilə müqayisədə yüksək reytinqi ilə seçilir. Cənab Prezident hərbi hissədə olduğu görüşdə qeyd etdi ki, bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir.

Cənab Prezident nitqində bir daha diqqətə çatdırdı ki, bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Eyni zamanda, mənim göstərişimlə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda - bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, - bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, - həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir. Bizim vəsaitimiz olmasaydı, bunları haradan alacaqdıq. Bir ölkə varmı ki, bizə pulsuz, müftə nəsə verib. Belə bir ölkə yoxdur, heç vaxt da olmayıb, o cümlədən hərbi sahədə. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir.

Cənab Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bayram münasibətilə təbrik etdi, yeni uğurlar, yeni qələbələr arzuladı.

Keçidlər