Şriftin ölçüsü :

Saytın rəngi :

“5 Mart - Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü”dür

05 mart 2024 | 11:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il “5 Mart - Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Azərbaycanda  Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalıbləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis etdi, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoydu. İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən sonra ölkəmizdə idman, bədən tərbiyəsinə diqqət daha da artdı, idmanın maddi-texniki bazası möhkəmləndirildi. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

1-7 mart 2024-ci il tarixlərində “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. Məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir. Şuşa rayonunun ümumtəhsil müəssisələri də bu layihəyə qoşulub.  

Şuşa Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və  İdman idarəsinin Şuşa rayon Sektorunun, Şuşa Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərin iştirakı ilə bir sıra idman tədbirləri həyata keçirilmişdir. Şuşa rayon 6 nömrəli tam orta məktəbdə şagirdlərin iştirakı ilə səhər gimnastikası hərəkətləri yerinə yetirilmiş, "İdmana marağın artırılması” mövzusunda görüş, 7 nömrəli tam orta məktəbdə şahmat yarışı keçirilmişdir. Bakı şəhəri 133 nömrəli məktəbdə təşkil edilən “Cüdo” turnirində Şuşa rayonundan 30 idmançı iştirak etmişdir.

 

Keçidlər