“5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində Şuşa rayon ümumtəhsil müəssisələrində müxtəlif idman yarışları, müsabiqələr keçirilmişdir
05 mart 2023 | 17:07
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində eləcə də “İdman həftəsi” layihəsi çərçivəsində Şuşa rayon ümumtəhsil müəssisələrində şagirdlərin iştirakı ilə qol güləşi, gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, basketbol idman növü üzrə yarışlar keçirilib, qaliblərə mükafatlar təqdim edilib.
Layihə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.