Şriftin ölçüsü :

Saytın rəngi :

“5 mart – Bədən tərbiyəsi və İdman Günü” ilə bağlı silsilə tədbirlər keçirilmişdir

05 mart 2025 | 17:19

“5 mart – Bədən tərbiyəsi və İdman Günü” ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin, Şuşa rayon Gənclər və İdman sektorunun və Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman sektorunun, Uşaq və Gənclər İdman Məktəbinin məsul işçiləri, idmançılar, məktəblərin şagirdləri və idman müəllimləri iştirak etmişdir.
Keçirilən tədbirlərdə Azərbaycanda bədən tərbiyəsi və idmanın tarixinin çox qədim və xalqın mədəniyyəti ilə sıx bağlı olduğu diqqətə çatdırılmışdır. Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya Oyunlarında və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır.
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə idman həftəsi çərçivəsində məktəblərdə "Şən startlar" adlı yarışlar keçirilmiş, yuxarı sinif şagirdlərinə məktəb meydançasında gimnastika oyunları təşkil edilmiş, öz fəallığı ilə seçilən idmançı şagirdlər fəxri fərman və diplomlarla təltif edilmişdir.

Keçidlər