Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa məktəbliləri Azərbaycanın Hərb Tarixi Muzeyini ziyarət etdilər.

17 noyabr 2017 | 16:00

Şuşa məktəbliləri Azərbaycanın Hərb Tarixi Muzeyini ziyarət etdilər.

Şuşa Rayon Gənclər və İdman idarəsinin təşəbbüsü ilə Şuşa məktəbliləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Hərbi Tarixi Muzeyini ziyarət etmişlər. Ekskursiyada Xankəndi məktəbinin yuxarı sinif şagirdləri iştirak etmişlər. Ekskursiya çərçivəsində məktəblilər Azərbaycan tarixinin müxtəlif mərhələləri və Azərbaycan ordusunun malik olduğu hərbi texnika ilə tanış olmuşlar.

Qeyd edək ki, bu ekskursiyanın təşkil olunmasında məqsəd məktəbliləri Azərbaycanın hərb tarixi ilə əyani şəkildə tanış etməkdən ibarət idi.

Keçidlər