Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin təşəbbüsü 130-a qədər BMT üzv dövləti tərəfindən dəstəkləndi.

30 iyun 2020 | 16:00

"Hazırda Azərbaycan iqtisadiyyatı dünyanı bürüyən böhran illərində də durmadan inkişaf edir. İlham Əliyevin 17 illik prezidentlik fəaliyyətinin qısa təhlili bunu bir daha sübut edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına və dövlətinə bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar. Prezident İlham Əliyevin hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.Buna bariz nümunə olaraq Cənab Prezidentin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündəki çıxışını göstərmək olar. Cənab İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökümət başçıları səviyyəsində videkonfrans vasitəsilə xüsusi sessiyasının keçrilməsi təklifini irəli sürdü və bu təklif çox müsbət qarşılandı. 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Təşəbbüsə qarşı çıxan yeganə dövlətin mənfur düşmənlərimizin olduğunu deməyə ehtiyac belə yoxdur. Çünki Ermənistan heç zaman sülhün və birliyin tərəfdarı olmadığı Dağlıq Qarabağ məsələninin həllində dəfələrlə sübut etmişdir. Bütün dünya bir daha Ermənistanın əsl simasını görmüş oldu. BMT- yə üzv olan dövlətlər tərəfindən cənab İlham Əliyevin Baş Assambleyasnın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanmışdır. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. .BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac vardır. Ümid edirik ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır Bu təşəbbüs bir daha sübut etdi ki,cənab İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. Başqa cür də ola bilməzdi. Çünki cənab İlham Əliyev dünya siyasətində silinməz izlər buraxan ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısıdır."

YAP Şuşa rayon təşkilatının sədri: Təvəkkül Əliyev.

Keçidlər