Şriftin ölçüsü :

Saytın rəngi :

2 iyul Azərbaycan Polisinin Peşə Bayramı günüdür

02 iyul 2020 | 16:00

 

Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Bu isə tarixi varisliyin, ədalətin bərpası kimi ən yüksək qiymətə layiq mühüm bir addım idi. Polis orqanları qısa zaman kəsiyində ictimai-siyasi sabitliyin və dövlətin, xalqın təhlükəsizliyini qorumağa qadir olan layiqli bir quruma çevrildi. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında da hiss edir. Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Azərbaycan Polisi vətəndaşların qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməkdə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməkdə davam edir.

İnsan hüquq və azadlıqlarına hörmətlə yanaşmaqla, qanunçuluğa ciddi riayət etməklə, xidməti vəzifələrini namusla və vicdanla yerinə yetirməklə, intizamlı olmaqla, ictimai qaydanı və ictimai təhlükəsizliyi mərdliklə qorumaqla bərabər son aylarda Covid - 19 pandemiyasına qarşı fədakarcasına, yorulmadan və fasiləsiz mübarizə apararaq, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edərək, Azərbaycan Polisi Azərbaycan Respublikasına və Azərbaycan xalqına sədaqətlə xidmət etməyini və daim verdiyi Polis Andına sadiq qaldığını sübuta yetirir. Onlar vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borclarını layiqincə yerinə yetirir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atırlar.Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini vermiş olurlar. Bütün bunlar isə vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.

Təhlükəsizliyin təminatı istiqamətində uğurla fəaliyyət göstərən, ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən bütün polis əməkdaşlarını Peşə Bayramı münasibətilə təbrik edir, onlara bu çətin və məsuliyyətli işdə müvəffəqiyyətlər və möhkəm can sağlığı arzu edirik!

Bu gün Şuşa polisi öz fəaliyyətini düşmənlə üz-üzə olan təmas xəttində həyata keçirir. Şuşa polisinin şanlı tarix yolu var. İgid, qorxmaz, fədakar Şuşa Rayon Polis işçilərini təbrik edir, onlara qələbə sevincini yaşamağı arzu edirik.

Keçidlər