Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar
Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar, müasir standartlara cavab verən peşəkar hərbi kadrların yetişdirilməsi alqışa layiqdir. Sovet İttifaqından bizə miras qalan köhnə hərbi hissələr və hərbi texnikalar müstəqil müasir dövlətçiliyimizin keçən qısa dövrü ərzində tamamilə yenilənmişdir. Cənab prezidentin də qeyd etdiyi kimi bütün hərbi hissələr, şəhərciklər, bazalar faktiki olaraq yenidən qurulub. Artıq hərbi hissələrin 90 faizində tikinti-bərpa və ya yenidənqurma işləri tamamlanıb. Bu cənab prezidentin, Ali baş komandanın öz ordusuna, əsgərinə göstərdiyi qayğının təzahürüdür. Qürürla eməliyik ki, Azərbaycan ordusu artıq dünyanın 50 ən güclü ordusu sırasındadır. Milyardlarla ordumuza qoyulan vəsait texniki təhcizat baxımından Azərbaycan ordusunu güclü ordular sırasına çıxarmışdır. Bu gün ordumuzun xidmətində olan zirehli texnikalarımız, hava hücümundan müdafiə kompleksləri, silah sursat, texniki təhcizat, müasir modernləşdirilmiş döyüş təyyarələrimiz, vertolyotlarımız , artireliya quğularımız və s Azərbaycan ordusunu müasir güclü və öz torpaqlarını bu gün işğaldan azad etməyə qadir olduğunu isbat edir. Bütün bunlar cənab prezidentin ordu quruculuğunda gərgin əməyinin bəhrəsidir. Bu gün ən diqqəti şəkən məsələ isə Azərbaycanın öz Müdafiə Sənayesi vasitəsilə 1300 adda hərbi təyinatlı məhsul istehsal etməsidir. Məhz bu görülən işlər sayəsində ordumuz öz gücünü 2016 və 2018 -ci ilin hərbi əməliyyatlarında göstərdi və düşmənə layiqli cavab verdi torpaqlarımızın bir qismin azad etdi. Nəzərə almaq lazımdır ki, torpaqlarımız işğal olunanda Azərbaycan ordusu yox idi. Bu istiqamətdə yarıtmaz və hərbə aid olmayan insanların səriştəsizliyi nəticəsində Sovet ordusundan qalan hərbi texnikalar və sursatlar dügün istifadə olunmadı, ordu qurulmadı. Ayrı-ayrı könüllü batalyonlar ordu funksiyasını yerinə yetirirdi. Məhz o dövrün siyasi çəkişmələri və məsuliyyətsiz kadrlarının sayəsində nə ordu qura bildik nə də torpaqlarımız qoruduq. Nəticədə 20 faiz torpaqlarımız işğal olundu. Ümummilli lider Heydər Əliyevin xalqın çağrışı ilə yenidən hakimiyyətə gəlməsi ilə vəziyyət təmamilə dəyişdi dövlət və ordu quruculuğuna başlanıldı. Cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət isə bu gün güclü Azərbaycan dövləti və ordusunu yaratdı. Bu gün inamla demək olar ki, biz torpaqlarımızı azad etməyə qadirik və bunu edəcəyik. Lakin yenə də o dövrün səriştəsiz kadrları bu gün də eyni ampulda qalaraq bütün bu görülən işlərə qarşı müxalif mövqe sərgiləyir qarayaxma kompaniyası aparır. Dağıdıcılıq təfəkkürünə malik bu insanlar uğurları görmək istəmir yalnız kiçik baş verən problemi şişirdib hay küy salır insanların probleminin həllini yox əksinə onlara mane olur. Müxalifətçilk bu düşüncədə olmamalıdır. Müxalifət tənqidi sivil və siyasi etika üzərində qurmalııdr. Məntiqli tənqid etməli amma eyni zamanda uğurları da dilə gətirməlidir. Bütün dünyada normal iqtidar-müalifət münasibətləri bu cür tənzimlənir. Bunlar isə uğurları görəndə daha da aqresivləşirlər. Bu gün Qarbağımızı azad etməyimizin bir yolu da təkcə güclü ordu deyil eyni zamanda vətən naminə kimliyindən aslı olmayaraq həmrəy olmağımızdan keçir. Azərbaycanın bütün müxalif partiya rəhbərləri bunu dərk etməli, dövlətçilik və ərazi bütövlüyü məsələsində dövlətə dəstək olmalı, ona mane olmamalıdırlar. Başqa cür mövqe ancaq düşmənə xidmət edir. Cənab prezidentin bu məsələ ilə bağlı mövqeyi xalq tərəfindən dəstəklənir, müxalif liderlər də bunu görməli və öz fəaliyyətlərində dönüş etməlidirlər. Bunu etmək istəməyən müxaliflər daim xalqın qınağında olacaq və heç bir siyasi uğur qazana bilməyəcəkdir.
Şuşa Rayon Statistika İdarəsinin müdiri: Anar Xəlilov