Böyük və şərəfli yol keçən partiya
2014-ci il noyabrın 19-da Şuşa Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ilinə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahındakı büstünün önünə gül dəstələri düzmüşlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov tədbiri giriş sözü ilə açaraq, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə həyat və fəaliyyətini Azərbaycan Respublikasının inkişafına, dünya dövlətləri arasında layiqli yer tutmasına həsr etməsindən, millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşmasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı uğurlu daxili və xarici siyasətindən, öz sıralarında yüz minlərlə üzvü birləşdirən YAP-ın əsl ümumxalq partiyasına çevrilməsindən bəhs etmişdir.
Bayram Səfərov Möhtərəm Prezidentimiz İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirməsini, bu gün ölkəmizin sosial-iqtisadi qüdrətinin günü-gündən artmasını, beynəlxalq tədbirlərə ev sahibliyi etməsini yubiley iştirakçılarının diqqətinə çatdırmışdır.
Partiyanın banisi Heydər Əliyev haqqında 17 dəqiqəlik videoçarx tədbir iştirakçıları tərəfindən maraqla izlənmişdir.
YAP Şuşa rayon Təşkilatının sədri Təvəkkül Əliyev öz çıxışında Partiyanın yaranma tarixindən, 22 ildə keçdiyi əzmkar yolundan, siyasi meydana çıxmasının mövcud ictimai-siyasi şəraitdən asılı olmasından danışmışdır.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Şuşa rayon Təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva öz nitqində ölkədə hakim partiyaya çevrilən YAP-ın bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməsini qeyd etmişdir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmiş 11 nəfərə vəsiqələr təqdim edilmişdir.
Tədbir “Sabaha inamla və İlhamla” klipi ilə yekunlaşmışdır.