“Koronavirusla mübarizdə hər bir Azərbaycan vətəndaşı öz məsuliyyətini dərk etməlidir.”
Prezident İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının təşkil edilməsinə beynəlxalq birlik tərəfindən dəstək verilməsi cənab Prezident İlham Əliyevin beynəlxalq müstəvidə artan nüfuzunun və liderlik bacarığının baris nümunəsi olmaqla yanaşı müstəqil Azərbaycanın diplomatik uğuru və tarixi hadisədir. Ölkə daxilində aparılan islahatlar – iqtisadiyyatımızın şaxələnməsi, bütün sahələri əhatə edən inkişafın sürətlənməsi, hərbi potensialimizin genişlənməsi, beynəlxalq aləmdə dostlarımızın artması, güclü diplomatik əlaqələrin qurulması kimi amillər Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni perspektivlər açır. Pandemiya dövründə dünya iqtisadiyyatında baş verən zəifləmə fonunda ölkəmizdə insanların evdə qalaraq işdən uzaq olmalarına baxmayaraq bütün işləyən şəxslərin maaşları hər ay olduğu kimi karantin müddətində də tam formada ödənilir. Bütün ödənişlər, pensiya və müavinətlərin ödənilməsi heç bir ləngimə olmadan həyata keçirilir. Xüsusi vuğulamaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ünvanlı dövlət sosial yardımın verilməsinin müddəti uzadılıb və təyinatı sadələşdirilib. Prezidentin rəhbərliyi ilə dövlətimizin əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün gördüyü işlər hər bir təbəqəni əhatə edir. Azərbaycan dövlətinin pandemiya dövründə həyata keçirdiyi qabaqlayıcı tədbirlər dünya mətbuatında təqdir olunur,bir çox dünya dövlətləri pandemiya ilə mübarizədə Azərbaycan təcrübəsindən yararlanır, bütün bu tədbirlər, xüsusilə pandemiya ilə mübarizə tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Dünya ölkələri, o cümlədən də Azərbaycan üçün pandemiya ilə mübarizədə ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti dövrün tələblərinə bu qədər ciddi surətdə əməl etmək nümunəsi göstərməsi hər bir Azərbaycan vətəndaşını daha da məsuliyyətli olmağa bir çağırışdır.
Respublikamızın hər yerində olduğu kimi Şuşa rayon əhalisinin kompakt məskunlaşdığı ərazilərdə Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində maarifləndirmə işləri görür, eyni zamanda, sakinlər arasında tələb olunan qaydalara riayət edilməsinin, şəxsi gigiyena qaydalarına və özünütəcrid tədbirlərinə uyğun davranmağın, müxtəlif şəxslərlə ünsiyyətdə olarkən tibbi maskadan mütləq qaydada istifadə edərək insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağın vacibliyi barədə söhbət aparılır. Rayon İcra Hakimiyyəti tərəfindən imkansız ailələrə, sağlamlıq imkanları məhdud uşaqlara, həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir. Hər bir azərbaycanlı ölkə başçısı cənab İlham Əliyevin qəbul etdiyi qərarların vacibliyini dərk etməli, bu çətin zamanda dövlətimizə dəstək olmaq yolunda əlindən gələni etməlidir.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı: Bayram Səfərov.