Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir.

14 iyul 2020 | 16:00

Ümumilli lider Heydər Əliyev Azərbaycana SSRİ dövründə rəhbərliyi zamanı Qarabağa və Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşaya böyük diqqət göstərmişdir. Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyətli olduğu haqqında Ulu Öndər belə demişdir: "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa Qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanılması üçün Şuşa şəhərini, Qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkçə şuşalılar üçün yox - bütün Azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaş üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir Qaladır, əziz bir abidədir. Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur."

Keçidlər