Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı.

14 iyul 2020 | 16:00

Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, Cənab Prezidentin irəi sürdüyü qlobal təşəbbüslərin – Qoşulmama Hərakatının Zirvə toplantısı, BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi kimi məsələlərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsini Ermənistan höküməti qəbul edə bilmir. Diplomatik uğurlarımız işğalçı ermənistanı narahat edir, ermənistan hökuməti işğalçı siyasətin sonunun olmadığını gözəl başa düşür. Ermənistan hakimiyyəti cəbhənin müxtəlif yerlərində təxribatlar yaratmaqla məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Tovuz istiqamətində gedən döyüşlərdə Erməni tərəfinin uydurmaları, yeni yüksəkliklərin ələ keçirilməsi kimi dezinformasiya Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurmuş, əhali və fəal sosial şəbəkə istifadəçiləri bu məlumatları ironiya ilə qarşılayaraq etiraz aksiyalarına başlamışlar. Ancaq səriştəsiz Ermənistan hakmiyyəti anlamır ki, bu cür təxribatlara əl atmaqla özünə daha ciddi problem yaradır. Çünki Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Ermənistan tərəfi məruz qaldığı itkiləri gizlətməyə çalışsa da artıq ermənilər sosial şəbəkələrdə xeyli sayda canlı qüvvə və hərbi texnika itkilərinin olduğunu qeyd edirlər və Ermənistan hakimiyyətinə qarşı yeni etiraz dalğası baş qaldırır. Göründüyü kimi Ermənistanın növbəti təxribatı da baş tutmadı, növbəti ağır uğursuzluğa düçar oldu, Azərbaycan Ordusu düşmənin layiqli cavabını verib onu yerinə otuzdurdu”. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhəyə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışların səslənməsi bu gün Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğuna dəlalət edir. Bizim işimiz haqq işidir.Cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti torpaqlarımızın tez bir zamanda işğaldan azad olunacağına inamımızı hər gün biraz daha artırır və o günlər heç də uzaqda deyil.

Keçidlər