Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan cəmiyyəti vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi.

16 iyul 2020 | 16:00

Ermənistan iyulun 12-dən etibarən cəbhənin Tovuz rayonu istiqamətində öz təxribatçı fəaliyyətini həyata keçirməyə cəhd etdi. Çox qısa bir zaman kəsiyində Milli Ordumuz tərəfindən düşmənin hücumunun qarşısı alındı və düşmən xeyli sayda itki verərək geri çəkilməyə başladı. Ayın 12-də başlayan təxribat zamanı düşmən alınan cavabdan nəticə çıxarmayaraq yenidən artilleriya silahlarından istifadə etsə də, ordumuz tərəfindən bu cəhdin də qarşısı çox böyük qətiyyətlə alındı, düşmənin müxtəlif təyinatlı hərbi texnikası, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edildi. Ermənistan tərəfi daima cavab atəşi ilə susdurulub. Düşmən hər zaman bilir ki, Azərbaycan dünya miqyasında 50 ən güclü ordu sırasında olduğu üçün öz torpaqlarını işğaldan azad etməyə gücü vardır. Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri Ulu Öndər Heydər Əliyev tərəfindən qurulub. Dahi insanın Azərbaycana rəhbər seçilməsi, Azərbaycanı idarə etməsi Sovet Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcını qoydu.  Azərbaycan dövlətinə müstəqil, hüquqi, beynəlxalq bir dövlət kimi yanaşırlar. Azərbaycanda gedən prosesləri yaxşı mənada qəbul edirlər. Xaricdən gələn qonaqlar Azərbaycanın inkişafını dəstəkləyir və Azərbaycanın güclü, sürətli inkişaf etdiyini söyləyirlər.

Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərində üç gün davam edən Azərbaycan və bölgədə maraqları olan dövlətlər üçün çox ciddi mesajlar verdi. bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Hadisələr bir daha təsdiqlədi ki, işğalçıya yerini göstərmək üçün ən yaxşı təsir vasitəsi gücdür. Həmin döyüşlərdən sonra Ermənstan silahlı qüvvələrində çaxnaşma yarandı.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Hazırda təmas xəttində gedən döyüşlərdə düşmən tərəf susdurulub. Aparılan əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Dövlətin orduya qayğısı artdıqca bu mühüm və strateji sahədə əldə olunan uğurların miqyası da genişlənir. Bu gün Azərbaycanın ordu quruculuğu planlı surətdə həyata keçirilir. Qoşunların döyüşə və səfərbərliyə hazırlığı, döyüş və mənəvi-psixoloji üstünlüyü idarəetmə orqanlarının təşkili, maddi-texniki təminat və digər əsas direktiv sənədlər vasitəsilə gerçəkləşdirilir. Silahlı Qüvvələrin bütün növlərində, hərbi hissə və birləşmələrdə komanda-qərargah təlimləri və real döyüş şəraitinə yaxınlaşdırılmış səhra təlimləri planlı surətdə keçirilir, qoşunların döyüşə və səfərbərliyə hazırlığı daim yüksək səviyyədə nəzarət altında saxlanılır. Əsas komanda-qərargah vəzifələrinə peşəkar, mənəvi, psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsinə malik peşəkar zabitlərin təyin olunması hərbi hissələrdə xidmətin səviyyəsini ikiqat artırmışdır.

İnanırıq ki, hərbi qulluqçularımız xalqın və dövlətin etimadını qazanmaq yolunda əllərindən gələni bundan sonra da əsirgəməyəcək, qazanacağımız böyük uğurlara yüksək döyüş hazırlığı ilə öz töhfələrini verəcəklər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi hər bir Azərbaycan əsgəri üçün həyat amalıdır.

Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, ölkə Prezidenti, Silahlı Qüyvələrimizin Ali Baş Komandanı İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayanır.

Hər bir Azərbaycan gənci Ali Baş Komandanın əmrinə hər an hazırdır.

Yeni Azərbaycan Partiyası Şuşa Rayon 

2 saylı ərazi ilk partiya təşkilatının sədri: Hidayət Səmədov.

Keçidlər