Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu
Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu
2014-cü il noyabr ayının 17-də Bakı şəhərində Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçirilmişdir. Foruma Azərbaycanın bütün şəhər və rayonlarından öz fəallığı, intellectual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran, valideyin himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar nümayəndə qismində iştirak etmişdir. Belə forumların keçirilməsi istedadlı uşaqların üzə çıxmasında mühüm rola malikdir.
Şuşa rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Zülfiyyə Həsənova Şuşalı uşaqların forumda iştrakını təmin etmişdir.
Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumunda Şuşa rayonundan 3 nümayəndə - Tərlan Əyyubzadə, Məleykə Aslanova, Aytac Cavadbəyli iştirak etmişdir.