Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində maarifləndirmə işləri görür.

21 iyul 2020 | 16:00

Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində maarifləndirmə işləri görür.

Respublikamızın hər yerində olduğu kimi Şuşa rayon əhalisinin kompakt məskunlaşdığı ərazilərdə Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində maarifləndirmə işləri görür, eyni zamanda, sakinlər arasında tələb olunan qaydalara riayət edilməsinin, şəxsi gigiyena qaydalarına və özünütəcrid tədbirlərinə uyğun davranmağın, müxtəlif şəxslərlə ünsiyyətdə olarkən tibbi maskadan mütləq qaydada istifadə edərək insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağın vacibliyi barədə söhbət aparılır. Mobil qrupların əsas məqsədi insan həyatı üçün təhlükə olan koronavirusla mübarizədə bütün xalqımızı həmrəy olmağa, bəşəriyyətin bəlasına çevrilən virusu yaymamaq üçün evdə qalmağa dəvət etməkdir. Vətəndaşlara şəxsi gigiyena qaydalarına əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi şəkildə riayət etmələrini tövsiyə edirik.

 

 

Keçidlər