Şriftin ölçüsü :

Saytın rəngi :

22 iyul - Milli mətbuatın yaranmasının 145 illik yubileyi.

22 iyul 2020 | 16:00

Bütün dünyada olduğu kimi ölkəmizdə koronavirus (Covid – 19) pandemiyası ilə mübarizə dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Mətbuatın 145 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncamı Azərbaycan Milli Mətbuatın xidmətlərinə olan böyük diqqət və ehtiramdır. Müasir mətbuatın, medianın inkişafı, jurnalist əməyinin qiymətləndirilməsi dövlət başçısının daim diqqətindədir.

Tarix göstərir ki, milli cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə çağırışlarına görkəmli, maariflənən insanlar səs verirdi. Maarifçi və demokratik ideyaların carcısı olan “Əkinçi” realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərirdi. Buna görədə belə tərəqqipərvər qəzet mürtəce işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi. 145 il əvvəl – 1875 – ci il iyulun 22 – də görkəmli ziyalı və maarifçi – publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmaqla başlamış “Əkinçi” qəzeti Milli Mətbuatın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai - siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşdü. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən Milli Mətbuatlar Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünədərk və istiqlal məfkürəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

Milli mətbuatın bu illər ərzindəki tarixi inkişafını dörd mərhələyə bölmək olar: “Əkinçi” qəzetinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər olan dövr, Cümhuriyyət dövrü, Sovet dövrü və müstəqillik dövrü. Mətbuatımız bütün dövrlərdə milli – mənəvi dəyərlərimizə, Azərbaycançılıq ideologiyasına, maarifçilik hərəkatına dəyərli tövhələr vermişdir.

Müstəqillik dövründə olkəmizdə azad, güclü fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılmışdır. Kütləvi informasiya vasitələri ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmayaraq hazırki dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşaraq cəmiyyəti obyektiv və peşəkar şəkildə məlumatlandırması sahəsində böyük işlər görür. Bu gün mətbuatın modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqçıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi medianin inkişafını şərtləndirən başlıca şərtlər öz inkişaf dövrünü yaşayır.

Mətbuatın yaranmasının 145 – ci yubileyi münasibəti ilə peşəkar qələm sahiblərini ürəkdən təbrik edir, Azərbaycan jurnalistikasının inkişafında böyük yaradıcılıq uğurları arzulayıram.

Hörmətli mətbuat işçiləri, əziz jurnalistlər,

Peşə Bayramınız Mübarək!

Vüsalə Fətəliyeva

Keçidlər