Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır.
Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır.
İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla dövlət qurumlarına Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi tapşırılıb. Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, habelə Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları və mütəxəssislərdən ibarət İşçi Qrup yaradılıb. Vəziyyətlə bilavasitə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə mütəxəssislər Tovuz rayonuna ezam olunublar.
Prezident İlham Əliyev Tovuz rayonunun döyüşlər gedən ərazisində infrastrukturun bərpa olunmasını prioritet məsələ kimi müəyyən edib. Mütəxəssislər hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, müvafiq müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək.
Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. İşlərin gedişi Dövlət başçısının şəxsi nəzarətindədir.