Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var.

24 iyul 2020 | 16:00

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət hər zaman Azərbaycan vətəndaşının yüksək etimadını və dəstəyini qazanıb. Prezident İlham Əliyevin diplomatiyası nəticəsində Azərbaycanın haqq işi dünyanın aparıcı siyasi mərkəzlərində mühüm dəstək qazanır. Artıq Ermənistanın və erməni yalanlarının qlobal miqyasda ifşası geniş vüsət alıb. Əminik ki, bu proses getdikcə daha da sürətlənərək öz məntiqi sonluğuna uğurla çatacaq, hansı yolla olursa olsun, torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək.

Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub saxlanması, sosial-iqtisadi inkişafın davam etdirilməsi, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımların atılması məhz Prezidentin düşünülmüş siyasi fəaliyyəti nəticəsində mümkün olmuşdur. Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını əks etdirən sosial-iqtisadi siyasətinin ölkə əhalisi tərəfindən bəyənilməsi tam təbii hesab olunmalıdır. Ölkə başçısının həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və məqsədyönlülüyü ilə xarakterizə olunur, daim milli maraqlara söykənir. Bunun nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilmiş, bir çox əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşdur.

Dünyanı bürüyən ( Covid - 19 ) pandemiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən olduqca əhəmiyyətli tədbirlər bir daha Ölkə başçıdının xalqa olan diqqətini vurğulayır. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı ilə xalqı vətəndaş həmrəyliyinə çağırdı. Hər bir vətəndaş Prezidentin bu çağırışına dəstək olub, Onun ətrafında sıx dayanıb. Allah xalqımızı qorusun!

Keçidlər