Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşalı futbolçu I dərəcəli futbol hakimi adını aldı.

21 noyabr 2014 | 16:00

Şuşanın peşəkar futbolçusu.

Fərhadlı Elvin Vidadi oğlu 1995-ci ildə anadan olmuşdur. 2000-ci ildə Şuşa şəhər 1 nömrəli orta məktəbinə daxil olmuş, 2011-ci ildə həmin məktəbi bitirərək, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kütləvi oyunlar fakültəsinin futbol şöbəsinə daxil olur.

Gənc futbolçumuz hələ uşaq yaşlarından respublikanın müxtəlif peşəkar komandalarında futbolla məşğul olmuş, müxtəlif diplom və medallarla təltif olunmuşdur. Belə ki, 2006-cı ildən “Neftçi” peşəkar futbol komandasının heyətində yarımmüdafiəçi kimi çıxış edən futbolçu “Sabahın ulduzları” respublika çempionatında bürünc medal, 2009-cu ildən isə şərəfini qoruduğu “Bakı” komandasının heyətində beynəlxalq turnirdə qızıl, respublika çempionatında isə gümüş medal almışdır. Futbolçumuz 2011-2012-ci il mövsümündə “Azal” komandasının heyətində çıxış etmişdir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi kimi 2012-ci ilin may ayında əqli cəhətdən zəif inkişaf etmiş uşaqların futbol çempionatında hakim-nəzarətçi kimi göstərdiyi səmərəli fəaliyyətinə görə qızıl medalla təltif olunur.

“Xəzər rayon kuboku” uğrunda 2012-ci ilin iyun ayında keçirilən turnirdə “Binə-3” komandasının heyətində Elvin qızıl medal alır və diplomla təltif olunur.

2012-ci ilin avqust ayında gənc futbolçumuzla “Neftçi”nin 19 yaşlılardan ibarət komandası arasında müqavilə imzalanır.

Elvin 2013-2014-cü ildə “Azal” komandasının 19 yaşlılardan və əvəzedici heyətində dayaq yarımmüdafiəçisi mövqeyində çıxış etmişdir.

2013-cü ildən Elvin Fərhadlı eyni zamanda, təhsil aldığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yığma futbol komandasının üzvüdür. Bu komandanın tərkibində Elvin ali məktəblərin tələbələri arasında keçirilən Respublika çempionatında İki dəfə qızıl medal almışdır.

2014-cü ilin avqust ayından “Şuşa” futbol komandasının üzvüdür.

2014-cü il noyabr ayının 17-də gənc futbolçu I dərəcəli futbol hakimi adına layiq görülmüşdür.

Keçidlər