Ölkəmizdə bütün infrastruktur layihələrini ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır.
2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunanda infrastruktur layihələrinin prioritet məsələ olduğu açıq şəkildə ortaya qoyuldu. Bu gün Prezident İlham Əliyevin sayəsində ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan infrastruktur layihələri icra edilməkdədir.
İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.
Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıbdır. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Su həyat deməkdir. İçməli su və meliorasiya problemləri nəinki diqqət mərkəzindədir, bu problemlərin həlli istiqamətində çox böyük işlər görülüb. Bu gün bizim əksər şəhərlərimizdə içməli su və kanalizasiya layihələri icra olunub və ölkə başçısı nəzərə çatdırmışdır bu cür layihələr ardıcıl olaraq keşiriləcək. Cənab Prezident İlham Əliyev söylədiyi kimi : “Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Əgər biz bu layihələri icra etməsəydik, bu gün ölkəmizin dayanıqlı inkişafı mümkün ola bilməzdi.” Prezident İlham Əliyevin açıqladığı rəgəmlər isə çox ürək açıcıdır :
Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi, bu gün isə bu rəqəm 70 faizə çatıbdır;
Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi, bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır;
Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi, bu gün bu rəqəm 63 faizdir.
Bu, doğrudan da Ölkə başçısının sayəsində əldə edilən böyük nailiyyətdir.
Son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişmişdir. Onların arasında Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusi yer alır. Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə, böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Nəzərə alsaq ki, bizim su resurslarımızın böyük hissəsi xarici ölkələrdə formalaşır, Oğuz-Qəbələ-Bakı su kəməri sırf yerli mənbə üzərində inşa edilmiş böyük layihədir. Bu layihənin inşası demək olar ki, bizim ilk neft gəlirlərimiz əldə olunandan sonra başlamışdır. O zaman ölkə başçısı söyləmişdir ki, biz qara qızılı insan kapitalına çevirməliyik və Oğuz-Qəbələ-Bakı su kəməri bunun əyani sübutudur, çünki bizim neft gəlirlərimiz 2006-cı ildən sonra ölkəyə gəlməyə başlamışdır və o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verildi. O zaman bizim gəlirlərimiz, əlbəttə ki, çox aşağı səviyyədə idi. Ancaq, ilk növbədə, bu gəlirləri məcburi köçkünlərin problemlərinin və su məsələlərinin həllinə yönəldildi.Bu gün Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi. Qeyd etmək vacibdir ki, Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Eyni zamanda, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanalı tikilibdir. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Bu gün Şəmkirçay su anbarı bizim su resurslarının yığılmasında və bölüşdürülməsində xüsusi rol oynayır. Bu anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır, orada əkin sahələri genişləndirilir. Bununla paralel olaraq, son illərdə cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. İçməli su layihələrinə gəldikdə, bu layihələrin xüsusi əhəmiyyəti var.
Bir neçə layihə, həm içməli su layihəsi, həm də suvarma suyu layihəsi kimi xidmət göstərir. Suvarma suyu ilə bağlı görülmüş işlər diqqətəlayiqdir, əgər bu işlər görülməsəydi, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Bunların hamısı Azərbaycan vətəndaşınin rahat yaşaması, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün Prezident İlham Əliyev tərəfindən xalqımız üçün edilir. Hər bir Azərbaycan vətəndaşı bu sonsuz qayğını və diqqəti yüksək dəyərləndirir və hər zaman Ali Baş Komandanın yanındadır!