Şriftin ölçüsü :

Saytın rəngi :

Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib

27 iyul 2020 | 16:00

Ölkəmizdə meliorasiya və irriqasiyanın intensiv inkişafı, geniş meliorasiya potensialının yaradılması, sahə üzrə perespektiv proqramların qəbul edilməsi ulu öndərimizin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. Bu illərdə onun rəhbərliyi, şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

Ulu öndərimizin şəxsi təşəbbüsü ilə keçmiş SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin tabeliyində xüsusi tikinti təşkilatı — “Azərsutikinti” Baş idarəsi yaradıldı. Respublikanın meliorasiya və su təsərrüfatına İttifaq hökuməti tərəfindən sərmayə qoyuluşu qat-qat artırıldı. 1970-1980-cı illərdə bir sıra mühüm əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri inşa edilib istismara verildi.

Həmin illərdə Sərsəng, Madagiz, Araz, Arpaçay, Sirab su anbarları və su elektrik stansiyaları, Mil-Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil-Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil, Yuxarı Mil, Yeni Xan qızı, Caqar-cibir magistral kanalları, Naxçıvan MR-də üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi, Mərkəzi-Muğan və Cənub-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. kimi yüzlərlə obyekt tikilib istifadəyə verilmişdir ki, bu da respublikanın müxtəlif zonalarında münbit torpaq sahələrində yüksək məhsul götürülməsinə imkan vermişdir.

Ümumiyyətlə, ulu öndərimizin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə Sovet hakimiyyəti dövrünün əvvəlki 50 ili ərzində qoyulan vəsaitdən 2 dəfə artıq vəsait yönəldilmişdir. Həmin illərdə aparılmış geniş quruculuq işləri nəticəsində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmış, kənd təsərrüfatı sahəsində böyük nailliyyətlər əldə olunmuşdur.

Bu dövrdə sel və daşqın sularından mühafizə məqsədilə Kür çayı boyunca 124 kilometr uzunluğunda torpaq mühafizə bəndləri tikilmiş, dağ və dağətəyi çaylarda 45 kilometr uzunluğunda yığma-beton, daş-beton bəndlər quraşdırılmışdır.

Ulu öndərimizin göstərişləri əsas tutularaq, xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Sahəyə investisiya qoyuluşunun səmərəliliyini təmin etmək məqsədi ilə tikintisi yarımçıq qalmış 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün son dərəcə vacib olan üç obyektin (Baş Mil-Muğan kollektoru tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Naxçıvan MR-də Vayxır su anbarı tikintisinin) birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Baş Mil-Muğan kollektorunun tikintisnə 1985-ci ildə başlanmış və onun ümumi uzunluğundan 90 kilometrlik birinci buraxılış obyektinin tikintisi 1994-

cü ildə istismara verilmişdir. Kollektorun 52,7 kilometrlik ikincı hissəsinin tikintisinə İslam İnkişaf Bankının krediti hesabına 1998-ci ildə, kollektorun Araz çayı ilə kəsişməsində dükerin tikintisinə Dünya Bankının krediti hesabına 2000-ci və 2002-ci illərdə başa çatdırılmışdır.

Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına bütövlükdə 1993-2003-cü illərdə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 12530 metr suvarma kanalları və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 369200 metr kollektor-drenaj şəbəkəsi tikilmiş və bərpa edilmiş, çaylarda sel və daşqın təhlükəsizliyinin qarşısının alınması üçün 14603 metr mühafizə bəndləri tikilib istifadəyə verilmişdir.

Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycanda meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, bu sahə üzrə həyata keçirilmiş əzəmətli işlərin və əldə edilmiş nailiyyətlərin həm müəllifi, həm də təşkilatçısı Heydər Əliyevdir. Eləcə də əvvəlki illərdə həyata keçirilmiş meliorativ quruculuq işləri nəticəsində respublikamızda 53 min kilometr suvarma kanalları, 31 min 578 kilometr kollektor-drenaj şəbəkələri, 116 min 695 hidrotexniki qurğu, 135 su anbarı, 16 hidroqovşaq, 978 nasos stansiyası, 7 min 693 subartezian quyusu, 2037 kilometr mühafizə bəndləri, 3 min 40 kilometr boru kəmərlərindən ibarət muasir tələblərə cavab verən nəhəng meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Suvarılan sahələr 1432,8 min hektara, meliorasiya olunmuş sahələr 609,4 min hektara çatdırılmışdır.

Fəxr etməyə dəyər ki, ulu öndərimizin qurub yaratdığı müstəqil Azərbaycan Respublikası bu gün etibarlı əllərdədir. Prezident kimi fəaliyyət göstərdiyi dövrdə cənab İlham Əliyev sübuta yetirdi ki, o, ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısıdır.

Cənab İlham Əliyevin təşəbbüsü ilə təsdiq olunub uğurla başa çatdırılan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və qəbul edilən İkinci Dövlət Proqramı qeyri-neft sahəsi, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafında mühüm rol oynamışdır.

Möhtərəm Prezidentimizin 2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının, 2009-cu ilin may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu ilin aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 15 avqust 2011-ci il tarixində Vəlvələçay-Taxtakörpü kanalının 10,7 kilometrlik birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü su anbarında tikintinin gedişi ilə tanış olaraq tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verməsi bunun bariz sübutudur. 2011-ci il noyabr ayının 16-da Qax rayonunda Hamamçay çayı üzərində tikilmiş körpünün açılış mərasimlərində iştirak etməsi və İlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış olması, cari ilin iyulun 19-da Dövlət Neft Fondunun vəsaiti hesabına tikintisi başa çatdırılmış Vəlvələçay-Taxtakörpü kanalının ikinci mərhələsinin istifadəyə verilməsi və Taxtakörpü su anbarının su ilə doldurulmasına başlanılması, iyul ayının 18-də Siyəzən,19-da Şabran şəhərlərində, 14 avqust tarixində İsmayıllı və 4 sentyabr tarixində Yardımlı şəhərlərində içməli

su xəttinin və kanalizasiya şəbəkəsinin, sentyabr ayının 28-də Taxtakörpü Su Anbarının (su elektrik stansiyası ilə birlikdə) və ondan su götürən Taxtakörpü-Ceyranbatan kanalının istifadəyə verilməsi mərasimlərində iştirak etməsi də cənab Prezidentin ölkədə meliorasiya və su təsərrüfatı sisteminin inkişafına olan ardıcıl qayğısından xəbər verir.

Onun fərman və sərəncamları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarında və Tədbirlər Planında nəzərdə tutulmuş meliorasiya və su təsərrüfatı obyektlərində xarici investisiyalar, Dövlət Neft Fondu və dövlət büdcəsində əsaslı vəsait qoyuluşu hesabına 2012-ci ildə 2003-cü ilə nisbətən 31 dəfə çox tikinti, yenidənqurma və bərpa işləri aparılmışdir.

Sahəyə ayrılan investisiya vəsaitinin həcmi 2003-cü illə müqayisədə 2012-ci ildə 48 dəfəyə qədər artmışdır. Bunun nəticəsi olaraq ümumilikdə 2003-2012-ci illərdə respublikanın rayonlarında 1481 kilometr suvarma kanallarının, 1036 kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası aparılmışdır. 722 ədəd subartezian quyuları qazılmış, 126 min hektar sahədə torpaqların su təminatı və 153 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmış, 16 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə verilmişdir. Eyni zamanda sel və daşqınlara qarşı dağ çaylarında 165 km sahilbərkitmə işləri, Kür-Araz çaylarında isə 780 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi işləri görülmüşdür.

Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur-Abşeron suvarma sistemində kanalın qurğularla birlikdə ilk 50 kilometrlik hissəsinin və 188 kilometrlik uzunluğunda təsərrüfatlararası kanalların yenidənqurulması işləri Dünya Bankının maliyyələşdirməsi ilə 2007-ci ildə, 67,2 kilometr uzunluğunda Xanarx kanalının tikintisi İslam İnkişaf Bankının maliyyələşdirməsi ilə 2006-cı ildə başa çatdırılmışdır. Xanarx kanalının istifadəyə verilməsi ilə respublikanın şimal zonasında yerləşən 62,6 min hektar ərazidə, o cümlədən Qusar rayonunda 10,4 min hektar, Xaçmaz rayonunda 40,8 min hektar, Şabran rayonunda 11,4 min hektar torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır.

Bütün maliyyə mənbələrindən ayrılan vəsait hesabına 2003-2012-ci illərdə respublikanın sel və daşqın təhlükəli çaylarında 166732 metr sahilbərkitmə tədbirləri həyata keçirilmişdir ki, bu da əvvəlki 30 il ilə müqayisədə dəfələrlə çoxdur

Yalnız Asiya İnkişaf Bankının krediti ilə həyata keçirilən “Selə qarşı tədbirlər” layihəsi çərçivəsində 2006-2008-ci illərdə respublikanın 11 rayonunda sel və daşqın təhlükəli çaylarda və Naxçıvan MR-in Şərur rayonunda Araz çayında 34089 metr uzunluğunda sahilbərkitmə işləri yerinə yetirilmişdir. Bu tədbirlərin yerinə yetirilməsi nəticəsində respublikada 80 min hektar ərazinin, 215 min nəfər əhalinin məskunlaşdığı 5 şəhər və 43 kəndin sel və daşqın təhlükəsindən müdafiəsi təmin edilmişdir.

Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri 2010-cu ildə başa çatdırılmış, 2011-ci ildən isə respublikanın daha 15 rayonunda 85 min hektar ərazidə SİB-lərin inkişafına dəstək məqsədi ilə təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin təmir-bərpasına başlanılmışdır.

Ölkə əhalisinin daxili istehsal hesabına çörək və çörək məhsulları ilə təmin edilməsi məqsədi ilə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığın icrası olaraq Yuxarı Mil kanalının 10,7 kilometrlik hissəsinin tikintisi tamamlanmış, Beyləqan və Ağcabədi rayonları ərazilərində 4800 ha sahədə özəl taxılçılıq təsərrüfatları yaradılmışdır. Cari ildə Füzuli və Ağcabədi rayonlarının ərazilərində 5725,6 hektar torpaq sahələrində iri taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə “Yuxarı Mil kanalının tikintisinin davam etdirilməsi obyekti daxilində kanalın 4,75 kilometrlik hissəsinin və onun üzərində 2 ədəd nasos stansiyasının tikintisi və 2,3 kilometr hissədə kanalın yenidənqurulması”, “Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə tədbirlərin görülməsi” obyekti daxilində Hacıqabul magistral kanalının 4,3 kilometrlik hissəsinin və Padar magistral kanalının tikintisi işləri aparılmışdır.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 20 kilometrlik hissəsində yenidənqurma işləri aparılmış, Xəzər rayonunun Zirə qəsəbəsi, Sabunçu rayonunun Bilgəh, Suraxanı rayonunun Hövsan və Abşeron rayonunun Goradil kəndlərinin 2917 hektar əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması və 2146 hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi üçün nasos stansiyalarının, suyığıcı hovuzların və 25,0 kilometr təzyiqli və 62,6 kilometr uzunluğunda suvarma boru kəmərlərinin tikintisi və təmir-bərpası üzrə işlər yerinə yetirilmişdir. Eyni zamanda Suraxanı rayonunun Zığ, Sabunçu rayonunun Zabrat, Maştağa, Kürdəxanı, Abşeron rayonunun Novxanı, Fatmayı, Saray, Məhəmmədi, Mehdiabad və Digah qəsəbələri üzrə layihə sənədləri hazırlanmışdır.

Tikintisinə 2009-cu ildə başlanılmış Şəmkirçay su anbarının tikintisinin başa çatdırılması ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 50122 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq, 20834 hektar yeni sahələrin suvarılması təmin ediləcəkdir. Bununla yanaşı, Gəncə, Şəmkir və Samux rayonlarına saniyədə 1,6 kubmetr içməli su veriləcəkdir.

Hacıqabul rayonunda Pirsaat, Şamaxı rayonunda Zoqalavaçay su anbarlarında əsaslı təmir işləri başa çatdırılmış, Tovuz rayonunda Tovuzçay su anbarının tikintisi üzrə işlər davam etdirilir.

İşğal zonası ilə təmas xəttində və sərhəd ərazilərdə yerləşən Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl və Şəmkir rayonlarının ərazilərində əkin sahələrinin suvarma suyu ilə

təminatının yaxşılaşdırılması məqsədi ilə 26,4 kilometr uzunluğunda suvarma şəbəkəsi və təzyiqli boru kəmərləri tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham əliyevin rəhbərliyi ilə ölkəmizdə meliorasiya və irriqasiya sahəsində böyük uğurlar əldə olunmuşdur. Bu çərçivədə 2003-cü ildən geniş vüsət alan yenidənqurma tədbirləri meliorasiya və irriqasiya sahəsinin müasir səviyyəyə çatmasına imkan yaratmışdır. Son 2003-2019-ci illərdə bu sahədə mühüm əhəmiyyətli layihələr həyata keçirilmişdir.

Bu önəmli layihələrdən biri də Araz çaytının yeni qol-kanalının inşa edilərək inşa edilərək istifadəyə verilməsi olmuşdur. 2018-ci ilin oktyabr ayının 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilmişdir. Mərasimdə Prezident cənab İlham Əliyev iştirak etmiş və proqram xarakterli nitq söyləmişdir. Ölkə başçısı son illərdə meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən uğurlu layihələri qeyd etməklə yanaşı, qarşıda duran vəzifələr barədə də öz praqmatik tövsiytələrini verərək demişdir:

«Bu gün açılışına toplaşdığımız layihənin icrası təkcə İmişi rayonu üçün deyil, eyni zamanda, qonşu rayonlar üçün də böyük əhəmiyyət daşıyır. Araz çayının yeni qolunun tikintisi böyük maliyyə vəsaiti tələb edən layihədir. Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulubdur və Araz çayının yeni qolunun uzunluğu 54 kilometrdir. Yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək. Biləsuvar, İmişli, Saatlı rayonlarının fermerləri, zəhmətkeşləri də bu imkanlardan istifadə edəcəklər. Növbəti mərhələdə əlavə 10 min hektar torpağa suyun verilməsi nəzərdə tutulur və Sabirabad rayonunun torpaqları da suvarma suyu ilə təmin ediləcək».

Cənab Prezident sözünə davam edərək demişdir ki, son illərdə meliorasiya ilə bağlı bir çox önəmli layihələr icra edilib. Mən onların arasında dörd böyük su anbarını xüsusilə qeyd etmək istəyirəm. Onların sututumu 450 milyon kubmetrə bərabərdir. Əlbəttə ki, onların arasında «Taxtakörpü» və «Şəmkirçay» su anbarları xüsusi yer tutur. Yeni beton su kanallarının çəkilişi ölkəmizdə geniş vüsət alıb və bu gün açılışına toplaşdığımız layihə də onlardan biridir. Gələcək planlarımızda da meliorativ tədbirlərin görülməsi xüsusi yer tutur. Növbəti illərin dövlət investisiya proqramlarında da bu layihələr öz əksini tapacaq. Xüsusilə, gələn ilin əvvəlində qəbul ediləcək Regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramında meliorasiya tədbirlərinə xüsusi yer ayrılacaq. Biz son illərdə görülən işlərin əyani nəticələrini görürük. Çünki həm keçən il, həm də bu il, 100 min hektar torpağa su gətirilib. Bu, dərhal özünü iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında göstərir. Keçən il biz 100 min hektara su gətirmişik.

ASC 2018-ci ildə bir sıtra uğurlu layihələrə imza atmışdır. Meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə

təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində təxirəsalınmaz işlər yerinə yetirilmişdir. Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri suvarma suyu ilə tam təmin edilmişdir. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1393 min hektara qədər sahədə orta hesabla 3 dəfədən çox suvarma işləri aparılmışdır.

2018-ci il iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4.95 kilometrlik hissəsinin açılış mərasimi keçirilmişdir. Tikinti işlərinin tamamlanması ilə Goranboy rayonunun 8 min hektar sahəsinə suvarma suyu çatdırılmışdır.

Araz çayıın yeni qol-kanalının istifadəyə verilməsi ilə əlaqədar bu kanaldan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə, 1-ci mərhələdə İmişli və Biləsuvar rayonlarının 16863 hektar yeni suvarılan torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün 37 kilometr paylayıcı kanalların tikintisi üzrə işlər yerinə yetirilmişdir. Kanalda betonlama işlərinin işlərinin başa çatdırılması ilə əlavə olaraq 13145 hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma suyunun çatdırılması təmin olunmuşdur.

Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə Granboy, Şabran və Xaçmaz rayonlarının ərazisində yaradılan Aqroparklarda torpaq sahələrinə suvarma suyunun verilməsi üçün nəqledici boru kəməri çəkilmiş, torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi üzrə işlər görülmüşdür. Şəki və Oğuz rayonları ərazisində yaradılacaq Aqroparkın suvarma suyu ilə təmin edilməsi üçün Türyançay və Ağçay çayları üzərində suqəbuledici və digər qurğuların tikintisi üzrə hazırlıq işlərinə başlanılmışdır.

Qax rayonunda yaradılan Aqroparka məxsus 888 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün müvafiq işlər görülmüş, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun ona bitişik Mirzənağılı kəndlərinin ümumən 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üçün müvafiq işlər yerinə yetirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2018-ci il tarixli Sərəncamı ilə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün qazılması nəzərdə tutulan 300 ədəd artezian quyusunda qazma işləri tamamlanmışdır.

Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərindən biri də yeraltı suların dinamikasını öyrənməklə suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin təyin edilməsidir ki, bu işləri də HGMXİ həyata keçirir. 2018-ci ildə də respublikamızın kənd təsərrüfatı üçün yararlı, suvarılan torpaqlarında hidrogeoloji-meliorativ vəziyyətinin tədqiqi üzrə aparılan işlər 7 regional zonanı (muğan-Salyan, Şirvan, Mil-Qarabağ, Qərb, Cənub, Şimal, Qanıx-Əyriçay) və 47 inzibati rayonu əhatə etmişdir. Tədqiqat işləri HGMXİ-nin rejim müşahidə quyuları və respublikanın ərazisindəki mövcud magistral kanal və kollektorlar üzərindəki hidrometriya məntəqələri vasitəsilə həyata keçirilmiş və nəticələr idarənin Hidrokimyəvi laboratoriyasının analitik təhlil məlumatları ilə əsaslandırılmışdır. 1392863 hektar suvarılan torpaq sahələrində kompleks tədqiqat işlərinin görülməsi təmin edilmişdir.

Ölkəmizdə su təsərrüfatının inkişafı istiqamətində yeni layihələrin həyata keçirilməsi istiqamətində böyük işlər görülür.

Keçidlər