Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur.

08 avqust 2020 | 16:00

Avropa ölkələri daxil olmaqla, dünya ölkələrində COVİD-19 pandemiyasının yenidən alovlanması və ikinci dalğanın başlanması müşahidə olunur. Bir çox ölkədə statistika yoluxma dinamikasının gün keçdikcə mənfiyə doğru getməsindən xəbər verir. Ölkəmizdə isə vəziyyət tam nəzarətdədir. Yoluxanlarla sağalanların nisbətindəki müsbət dinamika önümüzdəki günlərdə vəziyyətin daha da sabitləşəcəyi anlamına gəlir.Ölkəmizdə koronavirusa yoluxma statistikasındakı 200-lü rəqəmlər sonuncu dəfə 4 iyun tarixində qeydə alındı - 262 yoluxma. Bu tarixdən 20 gün sonra, yəni 24 iyunda yoluxma sayında ən pik göstərici müşahidə olundu - 590. Artıq bir neçə gündür ki, COVİD-19 virusundan sağalanların sayı yoluxanların sayını üstələyir.Ölkə vətəndaşlarının səbr və təmkinli davranışı, karantin qaydalarına riayət etmələri, fərdi məsuliyyət və dövlət tərəfindən görülən işlər nəticəsində ölkəmizdə müsbət dinamika müşahidə olunur.Bütün bunlar Azərbaycanda həm insanlar arasında düzgün izahat işləri aparılması, həm də dövlət imkanlarını doğru istiqamətdə səfərbər edilməsi sayəsində əldə edildi. Səhiyyəmiz mobilizasiya olundu, lazım gəldiyi halda xaricdən əlavə mütəxəssislər cəlb olundu.Bu baxımdan ölkəmizdə xüsusi karantin rejiminin uzadılması doğru addım kimi qiymətləndirilməlidir və insanlarımız bunu anlayışla qəbul etməlidirlər. Bu müsbət dinamikanın saxlanması və uğurlu sonluğa çatmaq üçün fərdi və ictimai məsuliyyətin saxlanılması vacibdir.. Xüsusi qarantin rejiminin müəyyən qədər yumşaldılması insanlarımızı arxayın salmamalıdır. Arxayınlaşıb qaydalara riayət etməmək yoluxma sayının artmasına səbəb olar ki, bu da arzuolunmaz bir hall ola bilər. Hələki dünyada xüsusi karantin rejimindən tam çıxan ölkə yoxdur. Hər gün dünyada yüzlərlə insan bu pandemiyanın qurbanı olur. Koronavirus infeksiyasına qarşı görülən qabaqlayıcı tədbirlər xalqımızı bu bəladan xilas etməkdədir. Karantin rejimi dövründə işləməyənlərə birdəfəlik yardımların verilməsi ,möhtərəm prezidentimiz cənab İlham Əliyevin xalqımıza göstərdiyi qayğının növbəti nümunəsidir. COVID-19 infeksiyası dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb olaraq hökmranlıq etsə də, ölkəmizə ciddi ziyan vura bilmədi. Bu, bir daha göstərdi ki, Azərbaycanda görülən tədbirlər səmərəlidir və ölkəmiz əmin əllərdədir. Şükürlər olsun ki, Azərbaycanda koronavirusla bağlı mövcud vəziyyətin nəzarətdən çıxmaması üçün bütün qüvvələr səfərbər edilib. Bizlər də vətəndaş olaraq bu qaydalara əməl etməklə dövlət tərəfindən görülən tədbirlərə dəstək olmalıyıq. Hər kəs özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün tibbi-profilaktik qaydalara riayət etməli, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməli, sosial məsafəni saxlamaqla, qoruyucu maskalardan istifadə etməlidir.

Keçidlər